https://sputnik.az/20240407/semkirde-dehsetli-partlayis-agir-xesaret-alanlar-var--463789237.html
Şəmkirdə dəhşətli partlayış: Ağır xəsarət alanlar var
Şəmkirdə dəhşətli partlayış: Ağır xəsarət alanlar var
Sputnik Azərbaycan
Şəmkirin Çaparlı kəndində evdə qaz sızması nəticəsində partlayış olub. 07.04.2024, Sputnik Azərbaycan
2024-04-07T13:05+0400
2024-04-07T13:05+0400
2024-04-07T13:54+0400
hadisə
şəmkir
partlayış
qaz sızması
fhn
fhn-in dövlət yanğından mühafizə xidməti
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0f/461980200_0:156:3000:1844_1920x0_80_0_0_4ed4da665afaab0694c5d10ed529e5cb.jpg
BAKI, 7 aprel - Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.***Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub. Hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.1985-ci il təvəllüdlü B.Mərdanova, 2001-ci il təvəllüdlü A.Mərdanova və 2023-cü il təvəllüdlü R.Məhərrəmov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerlədiriliblər. Yaralılardan B.Mərdanovanın vəziyyətinin ağır olduğu bildirilir.Sonradan partlayışda xəsarət alan az yaşlı Gəncədə yerləşən uşaq xəstəxanasına aparılıb. Digər xəsarət alan B.Mərdanovanın vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.Məlumata görə, yaralılar evdə qaz sızması nəticəsində partlayış olması nəticəsində xəsarət alıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0f/461980200_167:0:2834:2000_1920x0_80_0_0_33ec0f886e796f105efdb69100ef2f1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəmkir, partlayış, qaz sızması, fhn, fhn-in dövlət yanğından mühafizə xidməti
şəmkir, partlayış, qaz sızması, fhn, fhn-in dövlət yanğından mühafizə xidməti
Şəmkirdə dəhşətli partlayış: Ağır xəsarət alanlar var
13:05 07.04.2024 (Yenilənib: 13:54 07.04.2024) Şəmkirin Çaparlı kəndində evdə qaz sızması nəticəsində partlayış olub.
BAKI, 7 aprel - Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub. Hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.
1985-ci il təvəllüdlü B.Mərdanova, 2001-ci il təvəllüdlü A.Mərdanova və 2023-cü il təvəllüdlü R.Məhərrəmov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerlədiriliblər. Yaralılardan B.Mərdanovanın vəziyyətinin ağır olduğu bildirilir.
Sonradan partlayışda xəsarət alan az yaşlı Gəncədə yerləşən uşaq xəstəxanasına aparılıb. Digər xəsarət alan B.Mərdanovanın vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.
Məlumata görə, yaralılar evdə qaz sızması nəticəsində partlayış olması nəticəsində xəsarət alıblar.