https://sputnik.az/20240407/qazaxistanda-bas-veren-meden-qezasi-neticesinde-olenlerin-sayi-16-ya-catib-460035192.html
Qazaxıstanda daşqınlar nəticəsində minlərlə yaşayış binası su altında qalıb
Qazaxıstanda daşqınlar nəticəsində minlərlə yaşayış binası su altında qalıb
Sputnik Azərbaycan
Daşqınlar başlayandan 72 029 nəfər xilas edilib ki, onlardan da 16 078-i uşaqdır. 07.04.2024, Sputnik Azərbaycan
2024-04-07T14:33+0400
2024-04-07T14:33+0400
2024-04-07T13:18+0400
dünya xəbərləri
qazaxıstan
şaxta
qəza
nəfər
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427687883_0:157:3000:1845_1920x0_80_0_0_291112d2df404d63e8181ffd1424dc10.jpg
BAKI, 7 aprel - Sputnik. Qazaxıstanda daşqınlar nəticəsində 3,6 mindən çox fərdi yaşayış binası su altında qalıb.Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin məlumat verib.“Hazırda Atırau, Akmola, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində 3686 fərdi yaşayış binası, 557 həyətyanı sahə və 1822 bağ evi su altında qalır. Daşqın dövrü başlayandan indiyədək 72 029 nəfər xilas edilib ki, onlardan 16 078-i uşaqdır” - Orazalin brifinqdə deyib.***Qazaxıstan xilasediciləri daşqınlar fonunda bir neçə yaşayış məntəqəsindən 63 mindən çox sakini təxliyə ediblər.Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin brifinqdə məlumat verib.“Təbii fəlakətlə əlaqədar 3400-ə yaxın ev su altında qalıb. Hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində 13 328 nəfər var. Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub”,- Orazalin qeyd edib.Bildirilib ki, daşqınlar səbəbindən ölkənin 10 rayonunda yerli fövqəladə vəziyyət elan edilib.29.10.23, 14:55Qazaxıstanda mədəndə partlayışda ölənlərin sayı 42 nəfərə çatıbQazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 42-yə çatıb.Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Qeyd edilib ki, 4 şaxtaçının axtarışları davam edir.Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 36 nəfərin öldüyü bildirilmişdi.Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.***Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.APA xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, daha 18 şaxtaçının axtarışları davam etdirilir.***Qazaxıstanda Karaqanda daş kömür şaxtasında baş verən qəzanın qurbanlarının xatirəsinin yad edilməsi üçün oktyabrın 29-u matəm elan olunub.Qazaxıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. O, həmçinin hadisə yerinə gedib.Xatırladaq ki, Karaqandada yerləşən daş kömür şaxtasında metan qazının partlaması zamanı baş verən yanğınla bağlı indiyədək 21 işçinin meyiti aşkarlanaraq çıxarılıb, daha 23 nəfər isə orada qalıb. Hadisə zamanı şaxtada 252 nəfər olub.***Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu "Arcelormittal Temirtau" şirkəti dövlətə təhvil veriləcək.***Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko adına mədəndə baş vermiş qəza nəticəsində həlak olan işçilərin sayı mədənçilərin sayı 16-ya çatıb. Bu barədə RİA Novosti mədənin sahibi olan "ArcelorMittal Temirtau" şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, 31 nəfərin axtarışları davam edir.Ehtimallara görə, lavada qaz metan partlaması baş verib, şirkətin mətbuat xidməti bildirib. Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hökumət komissiyası yaradılıb.Dövlət başçısı Kasım-Jomart Tokayev hökumətə ArcelorMittal Temirtau ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.Bu ilin avqustunda Qazaxıstanda “ArcelorMittal Temirtau” şirkətinə aid şaxtada yanğın baş verib və nəticədə beş şaxtaçı həlak olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daha sonra AMT-ni öhdəliklərini pozduğuna görə tənqid edib və onun sonradan respublika bazarında gələcək fəaliyyətinə dair xəbərdarlıq edib.AMT metallurgiya və mədənçıxarma sahəsində dünya lideri olan ArcelorMittal qrupunun bir hissəsidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427687883_166:0:2834:2001_1920x0_80_0_0_31dc66ed0e11f011085ce967d8f5228d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, şaxta, qəza, nəfər
qazaxıstan, şaxta, qəza, nəfər
Qazaxıstanda daşqınlar nəticəsində minlərlə yaşayış binası su altında qalıb
Daşqınlar başlayandan 72 029 nəfər xilas edilib ki, onlardan da 16 078-i uşaqdır.
BAKI, 7 aprel - Sputnik. Qazaxıstanda daşqınlar nəticəsində 3,6 mindən çox fərdi yaşayış binası su altında qalıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin məlumat verib.
“Hazırda Atırau, Akmola, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində 3686 fərdi yaşayış binası, 557 həyətyanı sahə və 1822 bağ evi su altında qalır. Daşqın dövrü başlayandan indiyədək 72 029 nəfər xilas edilib ki, onlardan 16 078-i uşaqdır” - Orazalin brifinqdə deyib.
Qazaxıstan xilasediciləri daşqınlar fonunda bir neçə yaşayış məntəqəsindən 63 mindən çox sakini təxliyə ediblər.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin brifinqdə məlumat verib.
“Təbii fəlakətlə əlaqədar 3400-ə yaxın ev su altında qalıb. Hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində 13 328 nəfər var. Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub”,- Orazalin qeyd edib.
Bildirilib ki, daşqınlar səbəbindən ölkənin 10 rayonunda yerli fövqəladə vəziyyət elan edilib.
Qazaxıstanda mədəndə partlayışda ölənlərin sayı 42 nəfərə çatıb
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 42-yə çatıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, 4 şaxtaçının axtarışları davam edir.
Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 36 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, daha 18 şaxtaçının axtarışları davam etdirilir.
Qazaxıstanda Karaqanda daş kömür şaxtasında baş verən qəzanın qurbanlarının xatirəsinin yad edilməsi üçün oktyabrın 29-u matəm elan olunub.
Qazaxıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. O, həmçinin hadisə yerinə gedib.
Xatırladaq ki, Karaqandada yerləşən daş kömür şaxtasında metan qazının partlaması zamanı baş verən yanğınla bağlı indiyədək 21 işçinin meyiti aşkarlanaraq çıxarılıb, daha 23 nəfər isə orada qalıb. Hadisə zamanı şaxtada 252 nəfər olub.
Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.
Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.
Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu "Arcelormittal Temirtau" şirkəti dövlətə təhvil veriləcək.
Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko adına mədəndə baş vermiş qəza nəticəsində həlak olan işçilərin sayı mədənçilərin sayı 16-ya çatıb. Bu barədə RİA Novosti mədənin sahibi olan "ArcelorMittal Temirtau" şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, 31 nəfərin axtarışları davam edir.
“252 nəfərdən 205-i səthə çıxarılıb, onlardan 18-i həkimə müraciət edib. 31 şaxtaçının axtarışları davam edir. Həyat əlaməti olmayan 16 şaxtaçı tapılıb”, - deyə şirkətin açıqlamasında bildirilir.
Ehtimallara görə, lavada qaz metan partlaması baş verib, şirkətin mətbuat xidməti bildirib. Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hökumət komissiyası yaradılıb.
Dövlət başçısı Kasım-Jomart Tokayev hökumətə ArcelorMittal Temirtau ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.
Bu ilin avqustunda Qazaxıstanda “ArcelorMittal Temirtau” şirkətinə aid şaxtada yanğın baş verib və nəticədə beş şaxtaçı həlak olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daha sonra AMT-ni öhdəliklərini pozduğuna görə tənqid edib və onun sonradan respublika bazarında gələcək fəaliyyətinə dair xəbərdarlıq edib.
AMT metallurgiya və mədənçıxarma sahəsində dünya lideri olan ArcelorMittal qrupunun bir hissəsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.