https://sputnik.az/20240407/mudafie-nazirliyi-sehidlerin-adlarini-aciqlayib---syahi-446014481.html
Antiterror əməliyyatlarında yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib
Antiterror əməliyyatlarında yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib
Sputnik Azərbaycan
Antiterror əməliyyatları zamanı şəhid olmuş hərbçilərdən 181 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid... 07.04.2024, Sputnik Azərbaycan
2024-04-07T20:00+0400
2024-04-07T20:00+0400
2024-04-07T19:59+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
müdafiə nazirliyi
şəhidlər
siyahı
azərbaycan ordusu
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436860884_0:103:2000:1228_1920x0_80_0_0_8b8aeebf3a2b2c68b142fb0d8112ad52.jpg
BAKI, 07 aprel — Sputnik. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.Allah rəhmət etsin!03.10.23, 10:44Qarabağda antiterror tədbirləri zamanı şəhid olanların siyahısı yenilənib - SİYAHIQarabağda antiterror tədbirlərində şəhid olanların siyahısı yenilənib.Müdafiə Nazirliyinin siyahısında şəhid olan daha 5 hərbçinin kimliyinin müəyyən edildiyi məlum olunub. Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb. Şəhidlərimizin siyahısını təqdim edirik:https://mod.gov.az//images/pdf/b19adf559d4d4616b42e4d69b169166e.pdf14.09.22, 10:45Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqlayıb - SİYAHIErmənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı açıqlanıb.Sputnik Azərbaycan Azərbaycan Müdafiə Nazirliyinə istinadən siyahını təqdim edir:https://mod.gov.az//images/pdf/4abc47c41fce823651eceb2e66d1a02c.pdfQeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.Onu da bildirək ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436860884_114:0:1887:1330_1920x0_80_0_0_3807a617764a8d347762a3d23ee41627.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, şəhidlər, siyahı, azərbaycan ordusu, dövlət sərhəd xidməti
müdafiə nazirliyi, şəhidlər, siyahı, azərbaycan ordusu, dövlət sərhəd xidməti
Antiterror əməliyyatlarında yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib
Antiterror əməliyyatları zamanı şəhid olmuş hərbçilərdən 181 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
BAKI, 07 aprel — Sputnik. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Qarabağda antiterror tədbirləri zamanı şəhid olanların siyahısı yenilənib - SİYAHI
Qarabağda antiterror tədbirlərində şəhid olanların siyahısı yenilənib.
Müdafiə Nazirliyinin siyahısında şəhid olan daha 5 hərbçinin kimliyinin müəyyən edildiyi məlum olunub. Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.
Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.
Şəhidlərimizin siyahısını təqdim edirik:
Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqlayıb - SİYAHI
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı açıqlanıb.
Sputnik Azərbaycan Azərbaycan Müdafiə Nazirliyinə istinadən siyahını təqdim edir:
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Onu da bildirək ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.
Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.