https://sputnik.az/20240407/fransada-narkobaron-ovu-merin-evinden-70-kq-cetene-cixib-463792343.html
Fransada narkobaron ovu: Merin evindən 70 kq çətənə çıxıb
Fransada narkobaron ovu: Merin evindən 70 kq çətənə çıxıb
Sputnik Azərbaycan
Hüquq-mühafizə orqanları daha əvvəl siyasətçinin qardaşının qadağan olunmuş maddələr satdığını müəyyən ediblər. 07.04.2024, Sputnik Azərbaycan
2024-04-07T19:08+0400
2024-04-07T19:08+0400
2024-04-08T10:12+0400
dünya xəbərləri
fransa
çətənə
narkotik
narkotik maddə
emmanuel makron
lion
strasburq
marsel
https://cdnn1.img.sputnik.az/img/07e8/04/07/463793772_0:0:3065:1725_1920x0_80_0_0_0384c5d6df08beef50c6471a47ee5001.jpg
BAKI, 7 aprel - Sputnik. Fransanın Burqundiya əyalətinin Yonna departamentinin Avallon şəhərinin merinin ölkənin mərkəzi hissəsindəki evində ən azı 70 kiloqram çətənə tapılıb. Hazırda axtarışlar davam edir. Bu barədə BFMTV bazar günü jandarma mənbələrinə istinadən xəbər verib.“Bazar günü, aprelin 7-də Avallon şəhərinin sosialist meri Camila Absaouinin evində ən azı 70 kiloqram çətənə aşkar edilib” - telekanalın açıqlamasında deyilir.BFMTV xəbər verir ki, narkotiklər Fransanın bir neçə şəhərində əvvəllər başlanmış narkotiklərlə mübarizə əməliyyatlarından biri çərçivəsində merin evinin yardımçı tikilisində tapılıb. Hüquq-mühafizə orqanları daha əvvəl siyasətçinin qardaşının qadağan olunmuş maddələr satdığını müəyyən ediblər.Bu həftə Fransa hakimiyyəti üç böyük şəhərdə - Tuluza, Strasburq və Nantda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Bundan əvvəl oxşar əməliyyatlar altı şəhərdə başlayıb: Paris və onun ətraflarında, Marsel, Lion, Lill, Klermon-Ferran və Dijonda. Hüquq-mühafizə orqanlarının əməkdaşları 1,7 mindən çox adamı həbs edib ki, bu da gözləniləndən iki dəfə çoxdur. Bundan əvvəl daxili işlər naziri Сerald Darmanen məlumat vermişdi ki, polis narkotik alverində iştirakda şübhəli bilinən 850 nəfəri saxlamaq niyyətindədir.Fransa prezidenti Emmanuel Makron martın 19-da cinayətkar toqquşmaların sayının artması fonunda Marseldə narkotik ticarəti ilə mübarizə üçün “görünməmiş” əməliyyat elan edib. Bundan əvvəl dövlət başçısı Daxili İşlər Nazirliyinin rəhbəri Darmanenə narkotik alverçilərinin cinayət sahələrini təmizləmək üçün hər həftə on əməliyyat keçirməyi tapşırıb.
marsel
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/07/463793772_336:0:3065:2047_1920x0_80_0_0_814c45256bb97574dd4514ccde0a319b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, çətənə, narkotik, narkotik maddə, emmanuel makron, lion, strasburq, marsel
fransa, çətənə, narkotik, narkotik maddə, emmanuel makron, lion, strasburq, marsel
Fransada narkobaron ovu: Merin evindən 70 kq çətənə çıxıb
19:08 07.04.2024 (Yenilənib: 10:12 08.04.2024) Hüquq-mühafizə orqanları daha əvvəl siyasətçinin qardaşının qadağan olunmuş maddələr satdığını müəyyən ediblər.
BAKI, 7 aprel - Sputnik. Fransanın Burqundiya əyalətinin Yonna departamentinin Avallon şəhərinin merinin ölkənin mərkəzi hissəsindəki evində ən azı 70 kiloqram çətənə tapılıb. Hazırda axtarışlar davam edir. Bu barədə BFMTV bazar günü jandarma mənbələrinə istinadən xəbər verib.
“Bazar günü, aprelin 7-də Avallon şəhərinin sosialist meri Camila Absaouinin evində ən azı 70 kiloqram çətənə aşkar edilib” - telekanalın açıqlamasında deyilir.
BFMTV xəbər verir ki, narkotiklər Fransanın bir neçə şəhərində əvvəllər başlanmış narkotiklərlə mübarizə əməliyyatlarından biri çərçivəsində merin evinin yardımçı tikilisində tapılıb. Hüquq-mühafizə orqanları daha əvvəl siyasətçinin qardaşının qadağan olunmuş maddələr satdığını müəyyən ediblər.
Bu həftə Fransa hakimiyyəti üç böyük şəhərdə - Tuluza, Strasburq və Nantda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Bundan əvvəl oxşar əməliyyatlar altı şəhərdə başlayıb: Paris və onun ətraflarında, Marsel, Lion, Lill, Klermon-Ferran və Dijonda. Hüquq-mühafizə orqanlarının əməkdaşları 1,7 mindən çox adamı həbs edib ki, bu da gözləniləndən iki dəfə çoxdur. Bundan əvvəl daxili işlər naziri Сerald Darmanen məlumat vermişdi ki, polis narkotik alverində iştirakda şübhəli bilinən 850 nəfəri saxlamaq niyyətindədir.
Fransa prezidenti Emmanuel Makron martın 19-da cinayətkar toqquşmaların sayının artması fonunda Marseldə narkotik ticarəti ilə mübarizə üçün “görünməmiş” əməliyyat elan edib.
Bundan əvvəl dövlət başçısı Daxili İşlər Nazirliyinin rəhbəri Darmanenə narkotik alverçilərinin cinayət sahələrini təmizləmək üçün hər həftə on əməliyyat keçirməyi tapşırıb.