NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Xəzər dənizinə yeni nəqliyyat dəhlizi Türkmənistan və Tacikistan üçün prioritetdir

© Sputnik / Murad OrujovXəzər dənizi, arxiv
Xəzər dənizi, arxiv - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Berdiməhəmmədovun Düşənbəyə səfəri zamanı aparılan danışıqlarda logistika sektoru iki ölkə arasında tərəfdaşlığın prioritet vektorları sırasına daxil edilib.
BAKI, 6 aprel — Sputnik. Türkmənistan Xalq Şurasının (Xalq Məsləhəti) rəhbəri Qurbanqulu Berdiməhəmmədov Tacikistan Prezidenti Emoməli Rəhmonla Xəzər dənizi sahillərinə nəqliyyat marşrutunun yaradılması üzrə əməkdaşlığın aktivləşdirilməsini müzakirə edib. Bu barədə "Neytral Türkmənistan" qəzeti xəbər verib.
Məlumata görə, Berdiməhəmmədovun Düşənbəyə səfəri zamanı aparılan danışıqlar zamanı nəqliyyat sektoru iki ölkə arasında tərəfdaşlığın prioritet vektorlarından biri kimi müəyyən edilib.
Berdiməhəmmədov bildirib ki, bu gün Tacikistandan Türkmənistana, Xəzər sahillərinə, İrana və oradan Fars körfəzinə, eləcə də Türkiyəyə çıxışı olan nəqliyyat marşrutunun yaradılması üçün bütün imkanlar var.
Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlığı müzakirə ediblər. Belə ki, Berdiməhəmmədov Türkmənistanın Tacikistan tərəfinin ehtiyaclarından asılı olaraq neft məhsullarının tədarük həcmini artırmağa hazır olduğunu təsdiqləyib.
Bundan əlavə, Rəhmon və Berdiməhəmmədov sənaye əməkdaşlığının yaradılması məsələsini qaldırıblar. Əvvəllər Türkmənistan pambıq emalı və xalçaçılıq üzrə birgə müəssisələrin yaradılmasında əməkdaşlıq təklif edirdi. Görüş zamanı tacik tərəfdaşlarla birgə bu məsələnin təfərrüatlarını müzakirə etməyə hazır olduqları bildirilib.
Xalq Məsləhətinin rəhbəri ilə Tacikistan prezidenti arasında aparılmış danışıqlar nəticəsində ikitərəfli sənədlər paketi imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0