DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tarixdə bu gün: 6 aprel – FOTO

© Sputnik / Elnur Salayev6 aprel
6 aprel - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 6 aprel — Sputnik. Aprelin 6-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 6-da kimlər dünyaya gəlib?
Tofiq İsmayılov (1939-2016) - Azərbaycan Respublikasının xalq artisti, kinorejissoru və yazıçısıdır. O, "Hədiyyə", "Yeni üsul", "Maestro" və s. filmlərə quruluş verib.
© Photo : Public DomenTofiq İsmayılov
Tofiq İsmayılov - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Tofiq İsmayılov
İvan Surikov (1841-1880) - rusiyalı şair, Rusiya ədəbiyyatında "kəndli" istiqamətinin nümayəndəsi və "Uşaqlıq" şeirinin müəllifidir.
Vasili Merkuryev (1904-1978) - Sovet teatr və kino aktyoru, teatr rejissoru və SSRİ xalq artistidir. O, "İsti ürək", "Son qurban", "Gəlirli yer" və s. filmlərdə rol alıb.
© Sputnik / Михаил ГершманVasili Merkuryev
Vasili Merkuryev  - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Vasili Merkuryev
Berri Levinson (1942) - amerikalı kinorejissor, ssenarist, "Oskar" mükafatı laureatıdır. O, "Yağış adamı", "Sabahın xeyir" və başqa filmləri çəkib.
© Sputnik / Екатерина ЧесноковаBerri Levinson (solda)
Berri Levinson - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Berri Levinson (solda)
Nina Puşkova (1954) - rusiyalı aktrisa və yazıçıdır. O, "Anna Karenina", "Adi bir möcüzə", "İşdə məhəbbət macərası" və s. filmlərdə rol alıb.
© Photo : Courtesy of Nina PushkovaNina Puşkova
Российская писательница Нина Пушкова - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Nina Puşkova
Kirill Andreyev (1971) - rusiyalı müğənni və "İvanuşki İnternational" qrupunun solistidir.
Aprelin 6-da dünyada baş verən tarixi hadisələr
1652-ci ildə holland Yan Van Ribek Cənubi Afrikada Keyptaun qalasının təməlini qoyub.
© AFP 2024 / ALESSANDRO IOVINOKeyptaun
Вид на город Кейптаун, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Keyptaun
1814-cü ildə Napoleon özü və varisləri üçün taxtdan imtinaya imza atıb və elə həmin gün Fransa Senatı Burbonların yenidən taxta çıxdığını elan edib.
1818-ci ildə Parisdə baron Karl Dreze ilk iki təkərli vasitəni - müasir velosipedin prototipini nümayiş etdirib.
© Photo : Azerbaijan Cycling Federation"Əziz Şuşa” beynəlxalq velosiped yarışını
Əziz Şuşa” beynəlxalq velosiped yarışını - Sputnik Azərbaycan, 1920, 05.04.2024
"Əziz Şuşa” beynəlxalq velosiped yarışını
1896-cı ildə Afinada ilk müasir Olimpiya Oyunlarının açılışı olub.
© AP Photo / Adrienne SurprenantOlimpiya Oyunları
Франция Олимпийские игры Париж 2024 - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Olimpiya Oyunları
1938-ci ildə amerikalı kimyaçı Roy Plankett politetraftoretilen və ya teflonu kəşf edib.
6 aprel - Sülh və İnkişaf naminə Beynəlxalq İdman Günüdür. Bayram BMT Baş Assambleyasının 23 avqust 2013-cü il tarixli qərarı ilə təsis edilib.
Xəbər lenti
0