https://sputnik.az/20240406/moldova-xn-ruminiya-resmileri-iki-olkenin-birlesmesini-destekleyir-463774334.html
Moldova XİN: Rumıniya rəsmiləri iki ölkənin birləşməsini dəstəkləyir
Moldova XİN: Rumıniya rəsmiləri iki ölkənin birləşməsini dəstəkləyir
Sputnik Azərbaycan
Rumıniyanın baş naziri Marçel Çolaku "DC News"a müsahibəsində Rumıniyanın Moldova ilə birləşdirilməsi ideyasını dəstəklədiyini, bunun da respublikanın Avropa... 06.04.2024, Sputnik Azərbaycan
2024-04-06T12:47+0400
2024-04-06T12:47+0400
2024-04-06T12:47+0400
moldova
dünya xəbərləri
rumıniya
sakin
hakimiyyət
birləşmə
https://cdnn1.img.sputnik.az/img/42251/52/422515231_0:0:2892:1628_1920x0_80_0_0_1698d1904eedb4b319a143f87a20446a.jpg
BAKI, 6 aprel — Sputnik. Rumıniya hökumətinin bir çox nümayəndələri, eləcə də Moldovada siyasi partiyaların üzvləri iki dövlətin birləşdirilməsi ideyasını təbliğ edirlər. Bunu Moldova Xarici İşlər Naziri Mixail Popşoi bildirib. Rumıniyanın baş naziri Marçel Çolaku "DC News"a müsahibəsində Rumıniyanın Moldova ilə birləşdirilməsi ideyasını dəstəklədiyini, bunun da respublikanın Avropa İttifaqına daxil olması ilə baş verə biləcəyini söyləyib. Onun sözlərinə görə, əsas odur ki, Moldova sakinləri özlərini qanuni vətəndaşlar hesab etsinlər və ölkənin və cəmiyyətin rifahı üçün var gücü ilə çalışsınlar. Moldova və Rumıniya parlamentləri 2022-ci ildə ilk dəfə birgə iclas keçirib. Bundan əvvəl iki ölkənin hökumətləri bir neçə dəfə görüşmüş, bir çox sahələrdə birgə komissiyalar, işçi qruplar yaradılıb. Yerli analitiklərin fikrincə, Kişinyovla Buxarestin yaxınlaşmasına Ukraynadakı münaqişə ilə bağlı Rusiya Federasiyası ilə münasibətlərdə yaranmış gərginlik kömək edir. 1918-ci ildə Rumıniya Moldova ərazisinə qoşun yeridib, sərhədi Dnestr çayı boyunca (indiki Dnestryanı ərazisi olmadan) çəkib. Kişinyovda yaradılmış regional şura qonşu ölkə ilə birləşmənin lehinə səs verib. 1940-cı ilin iyunundan müasir Moldova ərazisi Rumıniyanın bir hissəsi deyil. Hər iki ölkənin ərazisində "yunonizm" ideyasının, yəni Rumıniya və Moldovanın ayrıca dövlət kimi ləğv edilərək birləşdirilməsi ideyasının tərəfdarları var. Lakin çoxsaylı rəy sorğularının nəticələrinə görə, vətəndaşların əksəriyyəti Rumıniyanın Moldova tərəfindən "udulmasının"əleyhinədir. Belə ki, IMAS Marketinq və Sosioloji Tədqiqatlar İnstitutunun mart ayında apardığı sorğuya əsasən, seçicilərin yalnız 8%-i Moldovanın Rumıniyaya birləşməsini istəyən prezidentə səs verəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42251/52/422515231_161:0:2892:2048_1920x0_80_0_0_00aca8517df1ea64cb756c3322e0e5de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moldova, rumıniya, sakin, hakimiyyət, birləşmə
moldova, rumıniya, sakin, hakimiyyət, birləşmə
Moldova XİN: Rumıniya rəsmiləri iki ölkənin birləşməsini dəstəkləyir
Rumıniyanın baş naziri Marçel Çolaku "DC News"a müsahibəsində Rumıniyanın Moldova ilə birləşdirilməsi ideyasını dəstəklədiyini, bunun da respublikanın Avropa İttifaqına daxil olması ilə baş verə biləcəyini söyləyib.
BAKI, 6 aprel — Sputnik. Rumıniya hökumətinin bir çox nümayəndələri, eləcə də Moldovada siyasi partiyaların üzvləri iki dövlətin birləşdirilməsi ideyasını təbliğ edirlər. Bunu Moldova Xarici İşlər Naziri Mixail Popşoi bildirib.
Rumıniyanın baş naziri Marçel Çolaku "DC News"a müsahibəsində Rumıniyanın Moldova ilə birləşdirilməsi ideyasını dəstəklədiyini, bunun da respublikanın Avropa İttifaqına daxil olması ilə baş verə biləcəyini söyləyib.
"Bu cür bəyanatlar tez-tez olur, bu, Rumıniya hakimiyyətinin bir çox nümayəndələrinin mövqeyidir, Moldova Respublikasının siyasi partiyalarının nümayəndələri də tez-tez belə fikirlər səsləndirirlər. Burada heç bir yenilik yoxdur, Moldovanın siyasi reallığı belədir. Bəziləri özünü rumın, bəziləri isə moldovalı hesab edir", – Popşoi "Exclusiv" telekanalının efirində deyib.
Onun sözlərinə görə, əsas odur ki, Moldova sakinləri özlərini qanuni vətəndaşlar hesab etsinlər və ölkənin və cəmiyyətin rifahı üçün var gücü ilə çalışsınlar.
Moldova və Rumıniya parlamentləri 2022-ci ildə ilk dəfə birgə iclas keçirib. Bundan əvvəl iki ölkənin hökumətləri bir neçə dəfə görüşmüş, bir çox sahələrdə birgə komissiyalar, işçi qruplar yaradılıb. Yerli analitiklərin fikrincə, Kişinyovla Buxarestin yaxınlaşmasına Ukraynadakı münaqişə ilə bağlı Rusiya Federasiyası ilə münasibətlərdə yaranmış gərginlik kömək edir.
1918-ci ildə Rumıniya Moldova ərazisinə qoşun yeridib, sərhədi Dnestr çayı boyunca (indiki Dnestryanı ərazisi olmadan) çəkib. Kişinyovda yaradılmış regional şura qonşu ölkə ilə birləşmənin lehinə səs verib. 1940-cı ilin iyunundan müasir Moldova ərazisi Rumıniyanın bir hissəsi deyil. Hər iki ölkənin ərazisində "yunonizm" ideyasının, yəni Rumıniya və Moldovanın ayrıca dövlət kimi ləğv edilərək birləşdirilməsi ideyasının tərəfdarları var.
Lakin çoxsaylı rəy sorğularının nəticələrinə görə, vətəndaşların əksəriyyəti Rumıniyanın Moldova tərəfindən "udulmasının"əleyhinədir. Belə ki, IMAS Marketinq və Sosioloji Tədqiqatlar İnstitutunun mart ayında apardığı sorğuya əsasən, seçicilərin yalnız 8%-i Moldovanın Rumıniyaya birləşməsini istəyən prezidentə səs verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.