https://sputnik.az/20240406/fitreni-bank-kartlarina-da-kocurmek-olar-463769344.html
Fitrəni bank kartlarına da köçürmək olar
Fitrəni bank kartlarına da köçürmək olar
Sputnik Azərbaycan
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini bidirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə... 06.04.2024, Sputnik Azərbaycan
2024-04-06T10:32+0400
2024-04-06T10:32+0400
2024-04-06T10:32+0400
kart
cəmiyyət
fitrə
zəkat
onlayn
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0b/463177205_0:314:3083:2048_1920x0_80_0_0_5a773123ed32df20c46a04e7afa1cf9f.jpg
BAKI, 6 aprel — Sputnik. Fitrə zəkatını ənənəvi formada və ya bank kartlarına köçürməklə çıxarmaq olar. Bunu Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Ramazan ayı münasibətilə çıxarılacaq fitrə zəkatının zamanı və miqdarını açıqlayarkən deyib. Onun sözlərinə görə, fitrə zəkatı Ramazan bayramından öncəki axşam, bayram namazına qədər çıxarılmalıdır: F.Nurullayev bildirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə edərək kömək göstərə bilər: "Özü şəhərdə yaşayan, kömək etmək istədiyi kasıb ailə rayonda olan şəxslər orada yaşayan qohum-əqrəbasını, tanışını vəkil edə bilər. Yəni bank kartları vasitəsilə də fitrə zəkatını köçürmək mümkündür". QMİ-nin sədr müavini vurğulayıb ki, bayram namazında iştirak etmək vacib deyil:"Bəzi məscidlərdə bayram namazı 8-də, bəzilərində 9-da başlayır. Bunu məscidin axund və imamları insanların istəyi ilə özləri tənzimləyə bilərlər. Aprelin 10-u Ramazan bayramıdır. Buna görə də bütün dünya müsəlmanlarını təbrik edir, cansağlığı arzulayırıq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0b/463177205_0:0:2732:2048_1920x0_80_0_0_cfabac85a195aa35b1bc56f05628f8f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kart, fitrə, zəkat, onlayn
kart, fitrə, zəkat, onlayn
Fitrəni bank kartlarına da köçürmək olar
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini bidirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə edərək kömək göstərə bilər.
BAKI, 6 aprel — Sputnik. Fitrə zəkatını ənənəvi formada və ya bank kartlarına köçürməklə çıxarmaq olar. Bunu Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Ramazan ayı münasibətilə çıxarılacaq fitrə zəkatının zamanı və miqdarını açıqlayarkən deyib.
Onun sözlərinə görə, fitrə zəkatı Ramazan bayramından öncəki axşam, bayram namazına qədər çıxarılmalıdır:
"Oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. Adətən, ailənin başçısı ailəsinin üzvlərinin sayına uyğun hesablayaraq fitrə zəkatı çıxarmalıdır. Bu, ən çox yeyilən ərzaqdan – xüsusilə buğdadan hesablanır. Ərzağın özünü və ya onun dəyərini pul şəklində ehtiyacı olanlara vermək mümkündür. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur. İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdır".
F.Nurullayev bildirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə edərək kömək göstərə bilər:
"Özü şəhərdə yaşayan, kömək etmək istədiyi kasıb ailə rayonda olan şəxslər orada yaşayan qohum-əqrəbasını, tanışını vəkil edə bilər. Yəni bank kartları vasitəsilə də fitrə zəkatını köçürmək mümkündür".
QMİ-nin sədr müavini vurğulayıb ki, bayram namazında iştirak etmək vacib deyil:
"Bəzi məscidlərdə bayram namazı 8-də, bəzilərində 9-da başlayır. Bunu məscidin axund və imamları insanların istəyi ilə özləri tənzimləyə bilərlər. Aprelin 10-u Ramazan bayramıdır. Buna görə də bütün dünya müsəlmanlarını təbrik edir, cansağlığı arzulayırıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.