SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan "ən yaxşı" halda Zəngəzuru itirəcək - Korotçenko

© Sputnik / Murad Orujovİqor Korotçenko, arxiv
İqor Korotçenko, arxiv - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Politoloq izah edir ki, məntiq xəyalpərəst Paşinyandan başqa hamı üçün sadə və başa düşüləndir.
BAKI, 6 aprel — Sputnik. ABŞ və Aİ Ermənistanı Ukrayna yolu ilə aparacaq və bu, Brüssel görüşünün əsas nəticəsidir. Bu, o deməkdir ki, qarşıda müharibə var. Ukrayna Krımı, Donbass, Xerson və Zaporojye vilayətlərini itirdi, Ermənistan da Zəngəzuru itirəcək. Bunu politoloq İqor Korotçenko deyir.

"Axı diplomatiyada güzgü prinsipi işləyir. İrəvanın Ermənistanın KTMT-də iştirakını dondurması o deməkdir ki, KTMT də öz növbəsində müvafiq fors-major hallar baş verərsə, Ermənistanı qorumaq üçün İrəvan qarşısında götürdüyü öhdəlikləri dondurur", - ekspert qeyd edib.

"Beləliklə, Ermənistanın ərazi bütövlüyünün təmin edilməsi və onun müdafiəsi - birdən-birə "qara qu quşu" kateqoriyasına aid hadisələr baş verərsə, indi KTMT və Rusiya üçün deyil, Nikol Vovayeviçin Fransanın simasında "yeni dostları" üçün başağrısı məsələsidir. N.Paşinyan KTMT və Rusiyaya münasibətdə "Heç kimin heç kimə borcu yoxdur" prinsipini irəli sürmək qərarına gəldi - bu, o deməkdir ki, heç kimin heç kimə borcu yoxdur", - Korotçenko əlavə edir.
© AP Photo / Johanna GeronErmənistan-Aİ-ABŞ görüşü, arxiv
Bстреча Армения-ЕС-США - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Ermənistan-Aİ-ABŞ görüşü, arxiv
Politoloq izah edir ki, məntiq xəyalpərəst Paşinyandan başqa hamı üçün sadə və başa düşüləndir:
"Zəngəzur Azərbaycandır deyən Bakı öz dediyindən əl çəkməyəcək. Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür. KTMT Ermənistanı müdafiə etmirsə, Qərb dostları da heç qorumayacaq. Ermənistan "ən yaxşı halda" Zəngəzuru itirəcək. Ən pis ssenaridə Azərbaycanla yeni müharibə Ermənistanı dünyanın siyasi xəritəsindən siləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0