CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur - AYNA

© iStock.com / ByoungJooTaksi
Taksi - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
AYNA bəyan edib ki, taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir.
BAKI, 6 aprel — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hansı taksilərdə taksometrlərdən istifadə olunacağına aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, qurumun mətbuata açıqlamasında bildirilib ki, taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir.

"Gediş haqqı proqram təminatı ilə hesablanır. Odur ki, taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur", - açıqlamada bildirilir.

Bu günlərdə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.
Qeyd edək ki, taksi xidməti göstərmək üçün sürücülərdən tələb olunan sənədlər siyahısında taksometr də yer alıb. Tələbə görə, taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə təqdim edilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Taksi, arxiv - Sputnik Azərbaycan, 1920, 08.04.2024
CƏMİYYƏT
Taksi sürücülərinin etik davranışları necə yoxlanılacaq? Rəsmi açıqlama
Xəbər lenti
0