DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstriya 45 il ərzində məşhur buzlaqlarını itirə bilər

© AFP 2024 / MATTHIEU RONDELBuzlaq, arxiv
Buzlaq, arxiv - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Ümumdünya Meteorologiya Təşkilatının yerləşdiyi İsveçrədə isə Alp buzlaqları təkcə son iki ildə öz həcminin 10%-ni itirib.
BAKI, 6 aprel — Sputnik. Avstriyadakı Alp buzlaqları 45 ildən sonra tamamilə əriyə bilər. "Agence France-Presse" (AFP) xəbər agentliyi Avstriyanın Alp Klubunun ekspertlərinə istinadən xəbər yayıb.
Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildə Avstriyanın 93 buzlağı orta hesabla 24 metr kiçilib. Eyni zamanda, Pasterze buzlaqı 203,5 metr, Rettenbaxfernenr isə 127 metr sahəsini itirib.
Alp klubu xəbərdarlıq edib ki, güclü istiləşmə səbəbindən 21-ci əsrin ikinci yarısına qədər, demək olar ki, bütün Avstriya buzsuz olacaq.
Təşkilat biomüxtəlifliyin qorunub saxlanılması üzrə ümumi səylər çərçivəsində buzlaqların daha çox qorunmasına çağırıb və qeyd edib ki, xizək kurortlarının genişləndirilməsi ilə əlaqədar ölkənin Alp rayonları daimi təzyiq altında qalır.
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2023-cü ildə dünyanın ən böyük buzlaqları 1950-ci ildə müşahidələrə başladıqdan bəri həm Qərbi Şimali Amerikada, həm də Avropada güclü ərimədən qaynaqlanan" ən böyük buz itkisinə məruz qalıblar.
Qeyd edək ki, ÜMT-nin yerləşdiyi İsveçrədə Alp buzlaqları təkcə son iki ildə öz həcminin 10%-ni itirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0