https://sputnik.az/20240406/agdamda-partlayis-anama-emekdasi-xesaret-alib-463770985.html
Ağdamda partlayış: ANAMA əməkdaşı xəsarət alıb
Ağdamda partlayış: ANAMA əməkdaşı xəsarət alıb
Sputnik Azərbaycan
Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. 06.04.2024, Sputnik Azərbaycan
2024-04-06T11:10+0400
2024-04-06T11:10+0400
2024-04-06T11:20+0400
hadisə
anama
xəsarət
mina
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348175_0:0:3072:1728_1920x0_80_0_0_ba88dc52e05df59936a89d158747e882.jpg
BAKI, 6 aprel — Sputnik. Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb. Bu barədə ANAMA-dan məlumat verilib. Qeyd edilib ki, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xatırladaq ki, bir neçə gün əvvəl Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparan zaman Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Əliyev minaya düşmüşdü.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348175_292:0:3023:2048_1920x0_80_0_0_ad7978828298d6d5fd38956dc2c469e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anama, xəsarət, mina
Ağdamda partlayış: ANAMA əməkdaşı xəsarət alıb
11:10 06.04.2024 (Yenilənib: 11:20 06.04.2024) Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
BAKI, 6 aprel — Sputnik. Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb. Bu barədə ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
"Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur", - məlumatda vurğulanıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparan zaman Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Əliyev minaya düşmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.