CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeron rayonunda yeni qəsəbə yaradılıb

© Photo : Azerbaijan Highway State AgencyQəsəbə, arxiv
Qəsəbə, arxiv - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Abunə olmaq
Dəyişikliklərə görə, Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilir və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.
BAKI, 6 aprel — Sputnik. Prezident İlham Əliyev Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Qanuna əsasən, Abşeron rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:
Rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılır.
Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.
Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılır və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.
Xatırladaq ki, cari ilin martında Milli Məclis Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi təklifini təsdiqləyib. “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0