https://sputnik.az/20240405/terror-aktina-gore-mesuliyyet-dasiyanlar-merhemete-layiq-deyiller---misustin----463493367.html
“Crocus"a terror hücumu ilə bağlı daha 1 nəfər saxlanılıb
“Crocus"a terror hücumu ilə bağlı daha 1 nəfər saxlanılıb
Sputnik Azərbaycan
Məhəmməd Zoir Şaripzoda işlə əlaqədar həbs edilən 11-ci şəxsdir. 05.04.2024, Sputnik Azərbaycan
2024-04-05T20:21+0400
2024-04-05T20:21+0400
2024-04-05T19:21+0400
"crocus city"də terror aktı
mixail mişustin
terrorçu
xalq
rusiyalı
https://cdnn1.img.sputnik.az/img/07e8/03/17/463454867_0:0:3027:1703_1920x0_80_0_0_c0d4041a82319fec7437c55f2e433dc5.jpg
BAKI, 5 aprel - Sputnik. "Krokus”da terror aktı ilə bağlı Rusiyada daha bir nəfər həbs olunub.Tacikistanlı Məhəmməd Zoir Şaripzoda işlə əlaqədar həbs edilən 11-ci şəxsdir.04.04.24Rusiya Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall” konsert salonuna hücumla bağlı iki xarici ölkə vətəndaşı və bir Rusiya Federasiyası vətəndaşını saxlayıb.Bu barədə FTX məlumat yayıb.Bildirilib ki, Moskva, Yekaterinburq və Omsk şəhərlərində “Crocus City Hall” konsert salonuna hücumda iştirak edən terrorçuların maliyyələşdirilməsi və cəlb edilməsində iştirak edən iki xarici ölkə vətəndaşı və bir Rusiya Federasiyası vətəndaşı saxlanılıb.Qeyd olunub ki, saxlanılanlardan ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər, üçüncüsü isə terror aktının ortaqlarının "verbovka" edilməsinə və onu törədənlərin maliyyələşdirilməsində birbaşa iştirak edib.01.04.24, 22:09“Crocus City Hall”a hücum etməkdə təqsirləndirilən onuncu şəxs həbs edildiMoskvanın Basman məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən onuncu şəxsi, Tacikistan vətəndaşı Yakubconi Yusufzodanı həbs edib.Məhkəmə İstintaq Komitəsinin müstəntiqinin vəsatətinin təmin edilməsi, Yusufzoda barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi haqda qərar qəbul edib.Qeyd edək ki, Yusufzodanı ömürlük həbs gözləyir. O, “Crocus”a hücumla bağlı həbs edilən onuncu şəxsdir.19:29“Crocus City Hall”dakı terrorda təqsirləndirilən onuncu şəxs həbs olunmaq üçün məhkəməyə gətirilib. TASS-ın yaydığı məlumatda bildirilir ki, Yakubcon Yusufzoda Moskvanın Basman Məhkəməsindədir.O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə ittiham olunub (terrorçuluq mütəşəkkil dəstə tərəfindən törədildikdə).18:54“Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb.Yakubcon Yusufzoda polisə tabe olmadığı üçün həbs edilib.“O, 12 sutka müddətinə inzibati həbs edilib”, - məlumatda vurğulanıb.Xatırladaq ki, İstintaq Komitəsi məhkəmədən Yakubcon Yusufzodanın terror aktı törətməkdə ittiham olunaraq həbs edilməsini istəyib.18:20Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terrorla bağlı daha bir şəxsin həbsi üçün vəsatət qaldırıb.Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.“İstintaq məhkəmədən "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən daha bir şəxsin – Yakubcon Yusufzodanın həbs olunmasını istəyir”, - məlumatda vurğulanıb.Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.25.03.24, 20:01Moskvanın Basmannı məhkəməsi “Krokus” terror aktı üzrə iş üzrə yeddinci müttəhim Əminçon İslamovu həbs edib. Bu barədə RİA Novosti xəbər verir.Bazar günündən bazar ertəsinə keçən gecə Moskvanın Basmannı məhkəməsi Dalerjon Mirzoyev, Saidakrami Rachabalizoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov barəsində həbs qətimkan tədbiri seçib.Bu gün həmin məhkəməyə iş üzrə daha üç təqsirləndirilən şəxs - Dilovar, İsrail və Əminçon İslamovların qohumları həbs edilməsi ilə bağlı istintaqdan vəsatət daxil olub.25.03.24, 19:37Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-da terror aktı ilə bağlı iş üzrə beşinci müttəhim Dilovar İslamovu həbs edib. Bu barədə RİA Novosti xəbər verir.“Məhkəmə istintaqın vəsatətini təmin edib və Dilovar İslamov barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilib”, - hakim qərarı elan edib.25.03.24, 19:19"Krokus"da terror aktı ilə bağlı işdə ilk Rusiya vətəndaşı peyda olub. RİA Novosti-nin xəbərinə görə, bu, Düşənbədən olan Dilovar İslamovdur.İclasdan əvvəl təqsirləndirilən şəxsin özünün dediyi kimi, o, 1999-cu ildə Düşənbədə anadan olub, lakin hazırda Rusiya vətəndaşlığı var. İxtisasca taksi sürücüsüdür.Müttəhim barədə məlumatları yoxlayandan sonra məhkəmə proses iştirakçılarının təhlükəsizliyi üçün iclası ictimaiyyət üçün bağlayıb.25.03.24, 18:07Moskva vaxtı ilə saat 15.00-a olan məlumata görə, Crocus City Hall-dakı terror aktından sonra 96 nəfər xəstəxanada qalır, 23 nəfər isə evə buraxılıb. Bu barədə Moskva vilayətinin Səhiyyə Departamentinin saytında məlumat verilib.Açıqlanan məlumatlara görə, xəsarət alanların sayı 119 nəfərdir, onlardan 96-sı xəstəxanalardadır, 23 nəfər evə buraxılıb.Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib.İstintaq Komitəsinin son məlumatlarına görə, 3-ü uşaq olmaqla 137 nəfər ölüb.Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində 152 nəfər xəsarət alıb. Martın 24-ü ümummilli matəm günü elan edilib.25.03.24, 14:40Crocus City Hall-da törədilən terror aktına görə məsuliyyət daşıyanlar cəzalandırılacaqlar, onlar mərhəmətə layiq deyillər. Bunu Rusiya Federasiyası Kommunist Partiyasının üzvləri ilə görüşdə açan Rusiyanın baş naziri Mixail Mişustin deyib."Hazırda bu hadisələrlə bağlı araşdırma aparılır, günahkarlar cəzalandırılacaq - onlar mərhəmətə layiq deyillər", - deyə Baş nazir bildirib.Rusiyanın baş naziri əmin olduğunu bildirib ki, heç bir terrorçu rusiyalıları qorxuda bilməz.Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hallda konsertdən əvvəl atışma və yanğın baş verib. RİA Novosti verdiyi məlumata görə, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxularaq, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar.İstintaq Komitəsinin son məlumatlarına görə, 3-ü uşaq olmaqla 137 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində 152 nəfər xəsarət alıb. Martın 24-ü ümummilli matəm günü elan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin..
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/17/463454867_296:0:3027:2048_1920x0_80_0_0_5ea33b9928ab2e5e3ded388d35f57402.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixail mişustin, terrorçu, xalq, rusiyalı
mixail mişustin, terrorçu, xalq, rusiyalı
“Crocus"a terror hücumu ilə bağlı daha 1 nəfər saxlanılıb
Məhəmməd Zoir Şaripzoda işlə əlaqədar həbs edilən 11-ci şəxsdir.
BAKI, 5 aprel - Sputnik. "Krokus”da terror aktı ilə bağlı Rusiyada daha bir nəfər həbs olunub.
Tacikistanlı Məhəmməd Zoir Şaripzoda işlə əlaqədar həbs edilən 11-ci şəxsdir.
Rusiya Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall” konsert salonuna hücumla bağlı iki xarici ölkə vətəndaşı və bir Rusiya Federasiyası vətəndaşını saxlayıb.
Bu barədə FTX məlumat yayıb.
Bildirilib ki, Moskva, Yekaterinburq və Omsk şəhərlərində “Crocus City Hall” konsert salonuna hücumda iştirak edən terrorçuların maliyyələşdirilməsi və cəlb edilməsində iştirak edən iki xarici ölkə vətəndaşı və bir Rusiya Federasiyası vətəndaşı saxlanılıb.
Qeyd olunub ki, saxlanılanlardan ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər, üçüncüsü isə terror aktının ortaqlarının "verbovka" edilməsinə və onu törədənlərin maliyyələşdirilməsində birbaşa iştirak edib.
“Crocus City Hall”a hücum etməkdə təqsirləndirilən onuncu şəxs həbs edildi
Moskvanın Basman məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən onuncu şəxsi, Tacikistan vətəndaşı Yakubconi Yusufzodanı həbs edib.
Məhkəmə İstintaq Komitəsinin müstəntiqinin vəsatətinin təmin edilməsi, Yusufzoda barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi haqda qərar qəbul edib.
Qeyd edək ki, Yusufzodanı ömürlük həbs gözləyir. O, “Crocus”a hücumla bağlı həbs edilən onuncu şəxsdir.
“Crocus City Hall”dakı terrorda təqsirləndirilən onuncu şəxs həbs olunmaq üçün məhkəməyə gətirilib. TASS-ın yaydığı məlumatda bildirilir ki, Yakubcon Yusufzoda Moskvanın Basman Məhkəməsindədir.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə ittiham olunub (terrorçuluq mütəşəkkil dəstə tərəfindən törədildikdə).
“Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb.
Yakubcon Yusufzoda polisə tabe olmadığı üçün həbs edilib.
“O, 12 sutka müddətinə inzibati həbs edilib”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, İstintaq Komitəsi məhkəmədən Yakubcon Yusufzodanın terror aktı törətməkdə ittiham olunaraq həbs edilməsini istəyib.
Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terrorla bağlı daha bir şəxsin həbsi üçün vəsatət qaldırıb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.
“İstintaq məhkəmədən "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən daha bir şəxsin – Yakubcon Yusufzodanın həbs olunmasını istəyir”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.
Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.
Moskvanın Basmannı məhkəməsi “Krokus” terror aktı üzrə iş üzrə yeddinci müttəhim Əminçon İslamovu həbs edib. Bu barədə RİA Novosti xəbər verir.
“Məhkəmə istintaqın vəsatətini təmin edib və Əminçon İslamov barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilib”, - hakim qərarı elan edib.
Bazar günündən bazar ertəsinə keçən gecə Moskvanın Basmannı məhkəməsi Dalerjon Mirzoyev, Saidakrami Rachabalizoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov barəsində həbs qətimkan tədbiri seçib.
Bu gün həmin məhkəməyə iş üzrə daha üç təqsirləndirilən şəxs - Dilovar, İsrail və Əminçon İslamovların qohumları həbs edilməsi ilə bağlı istintaqdan vəsatət daxil olub.
Moskvanın Basmannı məhkəməsi Crocus City Hall-da terror aktı ilə bağlı iş üzrə beşinci müttəhim Dilovar İslamovu həbs edib. Bu barədə RİA Novosti xəbər verir.
“Məhkəmə istintaqın vəsatətini təmin edib və Dilovar İslamov barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilib”, - hakim qərarı elan edib.
"Krokus"da terror aktı ilə bağlı işdə ilk Rusiya vətəndaşı peyda olub. RİA Novosti-nin xəbərinə görə, bu, Düşənbədən olan Dilovar İslamovdur.
İclasdan əvvəl təqsirləndirilən şəxsin özünün dediyi kimi, o, 1999-cu ildə Düşənbədə anadan olub, lakin hazırda Rusiya vətəndaşlığı var. İxtisasca taksi sürücüsüdür.
Müttəhim barədə məlumatları yoxlayandan sonra məhkəmə proses iştirakçılarının təhlükəsizliyi üçün iclası ictimaiyyət üçün bağlayıb.
Moskva vaxtı ilə saat 15.00-a olan məlumata görə, Crocus City Hall-dakı terror aktından sonra 96 nəfər xəstəxanada qalır, 23 nəfər isə evə buraxılıb. Bu barədə Moskva vilayətinin Səhiyyə Departamentinin saytında məlumat verilib.
Açıqlanan məlumatlara görə, xəsarət alanların sayı 119 nəfərdir, onlardan 96-sı xəstəxanalardadır, 23 nəfər evə buraxılıb.
Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib.
İstintaq Komitəsinin son məlumatlarına görə, 3-ü uşaq olmaqla 137 nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində 152 nəfər xəsarət alıb. Martın 24-ü ümummilli matəm günü elan edilib.
Crocus City Hall-da törədilən terror aktına görə məsuliyyət daşıyanlar cəzalandırılacaqlar, onlar mərhəmətə layiq deyillər. Bunu Rusiya Federasiyası Kommunist Partiyasının üzvləri ilə görüşdə açan Rusiyanın baş naziri Mixail Mişustin deyib.
"Hazırda bu hadisələrlə bağlı araşdırma aparılır, günahkarlar cəzalandırılacaq - onlar mərhəmətə layiq deyillər", - deyə Baş nazir bildirib.
Rusiyanın baş naziri əmin olduğunu bildirib ki, heç bir terrorçu rusiyalıları qorxuda bilməz.
“Mən əminəm ki, heç bir terrorçu belə insanların yaşadığı ölkəni qorxuda bilməyəcək. Amma bizim birbaşa məsuliyyətimiz onların rifahı, Rusiyanın inkişafı üçün mümkün olan hər şeyi etməkdir”, - Baş nazir vurğulayıb.
Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hallda konsertdən əvvəl atışma və yanğın baş verib. RİA Novosti verdiyi məlumata görə, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxularaq, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar.
İstintaq Komitəsinin son məlumatlarına görə, 3-ü uşaq olmaqla 137 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində 152 nəfər xəsarət alıb. Martın 24-ü ümummilli matəm günü elan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin..