https://sputnik.az/20240405/tebb-usaq-xestexanalarinda-bos-yer-olmadigi-iddialarina-cavab-verdi-463741968.html
TƏBİB uşaq xəstəxanalarında boş yer olmadığı iddialarına cavab verdi
TƏBİB uşaq xəstəxanalarında boş yer olmadığı iddialarına cavab verdi
Sputnik Azərbaycan
Qurumdan bildirilib ki, müraciətlərin sayından asılı olaraq çarpayı fondunun dolululuq səviyyəsi günlərə görə dəyişə bilir. 05.04.2024, Sputnik Azərbaycan
2024-04-05T19:28+0400
2024-04-05T19:28+0400
2024-04-05T19:28+0400
təbib
səhiyyə
pediatr
həkim-pediatr
valideyn
valideynlər
yoluxucu xəstəlik
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_0:321:3071:2048_1920x0_80_0_0_6f6e6c176baf5009e0cdca8bbebb6464.jpg
BAKI, 5 aprel — Sputnik. TƏBİB uşaq xəstəxanalarında boş çarpayı yeri olmadığı ilə bağlı iddialara cavab verib. Quruman Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, yoluxucu xəstəliklər üzrə xəstələrin müvafiq tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində qəbulu, çeşidlənməsi, müalicəsinin təşkili, köçürülmələri və ehtiyaca uyğun çarpayı fondunun idarə olunması gündəlik olaraq həyata keçirilir. "Çarpayı fondunun dolululuq səviyyəsi günlərə görə dəyişə bilir. Ümumilikdə, çarpayı ehtiyatı ilə bağlı çatışmazlıq mövcud deyil. Hazırda əhalinin xüsusilə də az yaşlı təbəqəsi, mösümə uyğun respirator infeksiyalar və mədə-bağırsaq infeksiyaları kimi diaqnozlarla sahə həkimlərinə və pediatrlara müraciət edirlər. Son günlərdə müraciət saylarında əhəmiyyətli artım müşahidə olunmamışdır", sorğuya cavabda bildirilib. Qeyd edək ki, son günlər valideynlər uşaq xəstəxanalarında yayılmış virusla bağlı boş çarpayı yeri olmadığını, bu səbəbdən də övladlarını özəl tibb müəssisələrinə yerləşdirdiklərindən şikayət ediblər. Tanınmış pediatr Vaqif Qarayev uşaqlar arasında viruslara yoluxma hallarının artdığını təsdiqləyib. O, bildirib ki, hələ indiyədək bir mövsümdə 4-5 yoluxucu infeksiyanın bir vaxtda yayılması müşahidə olunmayıb. O, müraciətlərin sayında kəskin artım müşahidə olunduğunu söyləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_340:0:3071:2048_1920x0_80_0_0_ee5e7b82fb828d8a4fe711305c9ae117.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təbib, pediatr, həkim-pediatr, valideyn, valideynlər, yoluxucu xəstəlik
təbib, pediatr, həkim-pediatr, valideyn, valideynlər, yoluxucu xəstəlik
TƏBİB uşaq xəstəxanalarında boş yer olmadığı iddialarına cavab verdi
Qurumdan bildirilib ki, müraciətlərin sayından asılı olaraq çarpayı fondunun dolululuq səviyyəsi günlərə görə dəyişə bilir.
BAKI, 5 aprel — Sputnik. TƏBİB uşaq xəstəxanalarında boş çarpayı yeri olmadığı ilə bağlı iddialara cavab verib. Quruman Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, yoluxucu xəstəliklər üzrə xəstələrin müvafiq tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində qəbulu, çeşidlənməsi, müalicəsinin təşkili, köçürülmələri və ehtiyaca uyğun çarpayı fondunun idarə olunması gündəlik olaraq həyata keçirilir.
"Çarpayı fondunun dolululuq səviyyəsi günlərə görə dəyişə bilir. Ümumilikdə, çarpayı ehtiyatı ilə bağlı çatışmazlıq mövcud deyil. Hazırda əhalinin xüsusilə də az yaşlı təbəqəsi, mösümə uyğun respirator infeksiyalar və mədə-bağırsaq infeksiyaları kimi diaqnozlarla sahə həkimlərinə və pediatrlara müraciət edirlər. Son günlərdə müraciət saylarında əhəmiyyətli artım müşahidə olunmamışdır", sorğuya cavabda bildirilib.
Qeyd edək ki, son günlər valideynlər uşaq xəstəxanalarında yayılmış virusla bağlı boş çarpayı yeri olmadığını, bu səbəbdən də övladlarını özəl tibb müəssisələrinə yerləşdirdiklərindən şikayət ediblər.
Tanınmış pediatr Vaqif Qarayev uşaqlar arasında viruslara yoluxma hallarının artdığını təsdiqləyib. O, bildirib ki, hələ indiyədək bir mövsümdə 4-5 yoluxucu infeksiyanın bir vaxtda yayılması müşahidə olunmayıb. O, müraciətlərin sayında kəskin artım müşahidə olunduğunu söyləyib.