SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya sərhədçiləri təhlükəsizliyin təmin edilməsində ciddi rol oynayırlar - Cabarov

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidRusiya FTX-nin sərhədçiləri
Rusiya FTX-nin sərhədçiləri - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Abunə olmaq
Cabarovun sözlərinə görə, Ermənistanda sərhədçilər xarici təhlükələrdən qorumaq zərurətindən oradadırlar.
BAKI, 5 aprel — Sputnik. Türkiyə və İranla sərhəddə yerləşən Rusiya sərhədçilərinin Ermənistanda qalması məsələsi danışıqlar masası arxasında həll olunmalıdır və təbii ki, son söz İrəvanda olacaq. Bunu Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov Sputnik Ermənistan platformasının vasitəsilə Moskva-Minsk-İrəvan videokörpüsü zamanı deyib.
Bildiyiniz kimi, İrəvan bir neçə həftə əvvəl Moskvaya 2024-cü il avqustun 1-dən etibarən Zvartnots hava limanında sərhəd nəzarətini müstəqil həyata keçirmək niyyəti barədə rəsmi məlumat verib.
Cabarovun sözlərinə görə, Ermənistanda sərhədçilər xarici təhlükələrdən qorumaq zərurətindən oradadırlar. Onlar ölkənin inkişafında, dövlətçiliyinin qurulmasında rol oynayaraq, üzərinə düşən vəzifəni uğurla yerinə yetiriblər.
"Sərhədçilər sərhədin qorunmasında real köməklik göstərirlər, onlar heç vaxt Ermənistanın daxili işlərinə qarışmırlar və erməni xalqının özü də onlara qarşı kifayət qədər mehriban münasibət bəsləyir. Amma Ermənistan hakimiyyəti qərara gəlsə ki, onlar sərhədlərini qorumağa hazırdırlar, o zaman bu onların suveren hüququdur. Ancaq bütün bunlar danışıqlar masasında həll olunmalıdır. Son söz isə İrəvana məxsusdur", o qeyd edib.
"Nəzərə alsaq ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan rəhbərliyinin tələbi ilə Rusiya sərhədçiləri Azərbaycanla sərhədin bəzi hissələrində yerləşdirilib. Sabah qəfildən onların geri çəkilməsi barədə qərar qəbul olunarsa. , bu Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra etmək daha məqsədəuyğun olardı", - senator deyib.
Rusiya sərhədçiləri 1992-ci il sentyabrın 30-da İrəvanda bağlanmış Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisindəki statusu haqqında dövlətlərarası sazişə uyğun olaraq Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində xidmət edir. Rusiya FTX-nin Ermənistandakı sərhəd departamentinə dörd sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Meqri, həmçinin İrəvandakı Zvartnots beynəlxalq hava limanında ayrıca keçid məntəqəsi daxildir.
Xəbər lenti
0