https://sputnik.az/20240405/karserinq-azerbaycana-gelir-etibarnamesiz-masin-surmeye-icaze-verile-biler-463716045.html
"Karşerinq" Azərbaycana gəlir: Etibarnaməsiz maşın sürməyə icazə verilə bilər?
"Karşerinq" Azərbaycana gəlir: Etibarnaməsiz maşın sürməyə icazə verilə bilər?
Sputnik Azərbaycan
Nəqliyyat şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur. Bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb. Həmin avtomobillərin... 05.04.2024, Sputnik Azərbaycan
2024-04-05T10:00+0400
2024-04-05T10:00+0400
2024-04-05T10:00+0400
karşerinq
cəmiyyət
etibarnamə
elməddin muradlı
https://cdnn1.img.sputnik.az/img/07e8/04/04/463715878_0:63:3072:1791_1920x0_80_0_0_b129a6b462ac81f025e91f1dcbebc70f.jpg
BAKI, 5 aprel — Sputnik. "Azəbaycanda "karşerinq" xidmətinin tətbiqi üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Çünki bizim ölkədə etibarnaməsiz nəqliyyat vasitəsini idarə etmək qadağandır". Bunu Sputnik Azərbaycan-a ölkəmizdə "karşerinq" sisteminin tətbiqi ilə bağlı yayılmış xəbəri şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov söyləyib. O, bildirib ki, hazırki qanunvericilik nəqliyyat vasitələrinin etibarnaməsiz idarə edilməsini qadağan edir. Qeyd edək ki,nəqliyyat şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur. Bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb. Həmin avtomobillərin "karşerinq" xidməti üçün istifadə ediləcəyi bildirilib. Məlumat üçün bildirək ki, "Karşerinq" xidməti vasitəsilə vətəndaş müəyyən tətbiqdən istifadə edərək avtomobili icarəyə götürür. Daha sonra avtomobilə yaxınlaşaraq QR kodu oxudur və ona maşının açarları təqdim olunur. Beləliklə, vətəndaş A nöqtəsindən B nöqtəsinə getmək üçün bu avtomobildən istifadə edir, təyinat yerinə çatdıqdan sonra isə tətbiq vasitəsilə getdiyi yolun məsafəsini qeyd edir, tələb olunan məbləği ödəyir. E.Cəfərov isə deyir ki, ölkəmizdə yenilik olcaqn bu xidmətin tətbiqi üçün öncə etibarnamələr ləğv edilməlidir. Lakin o, etibarnamələrin ləğv ediləcəyinə inanmır. Həmsöhbətimiz onu da bildirib ki, "karşerinq" şəhər nəqliyyatına alternativ olsa da, tətbiqi bəzi problemlərə də səbəb ola bilər. ""Karşerinq" xidmətinin müsbət tərəfləri ilə yanaşı mənfi cəhətləri də var. Bu xidmətdən sərxoş sürücülər də istifadə edə bilər. Çünki, avtomobil icarəyə verilərkən həmin sürücünün sərxoşluğu yoxlanılmır" - Eldəniz Cəfərov bildirib. Ekspert onu da əlavə edib ki, "karşerinq" xidmətinin tətbiq edildiyi ölkələrdə etibarnamə tələb olunmur. Digər ekspert Elməddin Muradlı isə bildirib ki, "karşerinq" xidməti illərdir Gürcüstan və digər ölkələrdə tətbiq edilir. Bunun üçün "karşerinq" xidməti göstərən şirkətin sürücü bazasının olması vacibdir. E.Muradlı "karşerinq" xidmətinin ölkəmizdə də tətbiqini dəstəkləyir. Çünki, bu xidmət bir sıra şəxslər üçün sərfəlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/04/463715878_0:0:2732:2048_1920x0_80_0_0_11f49deea6550e8597944d6c7371fd0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
karşerinq, etibarnamə, elməddin muradlı
karşerinq, etibarnamə, elməddin muradlı
"Karşerinq" Azərbaycana gəlir: Etibarnaməsiz maşın sürməyə icazə verilə bilər?
Nəqliyyat şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur. Bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb. Həmin avtomobillərin "karşerinq" xidməti üçün istifadə ediləcəyi bildirilib.
BAKI, 5 aprel — Sputnik. "Azəbaycanda "karşerinq" xidmətinin tətbiqi üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Çünki bizim ölkədə etibarnaməsiz nəqliyyat vasitəsini idarə etmək qadağandır".
Bunu Sputnik Azərbaycan-a ölkəmizdə "karşerinq" sisteminin tətbiqi ilə bağlı yayılmış xəbəri şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov söyləyib.
O, bildirib ki, hazırki qanunvericilik nəqliyyat vasitələrinin etibarnaməsiz idarə edilməsini qadağan edir.
Qeyd edək ki,nəqliyyat şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur. Bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb. Həmin avtomobillərin "karşerinq" xidməti üçün istifadə ediləcəyi bildirilib.
Məlumat üçün bildirək ki, "Karşerinq" xidməti vasitəsilə vətəndaş müəyyən tətbiqdən istifadə edərək avtomobili icarəyə götürür. Daha sonra avtomobilə yaxınlaşaraq QR kodu oxudur və ona maşının açarları təqdim olunur.
Beləliklə, vətəndaş A nöqtəsindən B nöqtəsinə getmək üçün bu avtomobildən istifadə edir, təyinat yerinə çatdıqdan sonra isə tətbiq vasitəsilə getdiyi yolun məsafəsini qeyd edir, tələb olunan məbləği ödəyir.
E.Cəfərov isə deyir ki, ölkəmizdə yenilik olcaqn bu xidmətin tətbiqi üçün öncə etibarnamələr ləğv edilməlidir. Lakin o, etibarnamələrin ləğv ediləcəyinə inanmır.
Həmsöhbətimiz onu da bildirib ki, "karşerinq" şəhər nəqliyyatına alternativ olsa da, tətbiqi bəzi problemlərə də səbəb ola bilər.
""Karşerinq" xidmətinin müsbət tərəfləri ilə yanaşı mənfi cəhətləri də var. Bu xidmətdən sərxoş sürücülər də istifadə edə bilər. Çünki, avtomobil icarəyə verilərkən həmin sürücünün sərxoşluğu yoxlanılmır" - Eldəniz Cəfərov bildirib.
Ekspert onu da əlavə edib ki, "karşerinq" xidmətinin tətbiq edildiyi ölkələrdə etibarnamə tələb olunmur.
Digər ekspert Elməddin Muradlı isə bildirib ki, "karşerinq" xidməti illərdir Gürcüstan və digər ölkələrdə tətbiq edilir. Bunun üçün "karşerinq" xidməti göstərən şirkətin sürücü bazasının olması vacibdir.
E.Muradlı "karşerinq" xidmətinin ölkəmizdə də tətbiqini dəstəkləyir. Çünki, bu xidmət bir sıra şəxslər üçün sərfəlidir.