DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Baydenlə görüşdə bu məsələləri müzakirə edəcək - Fidan açıqladı

© Made NAGI / POOL / AFPTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden  - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Abunə olmaq
Türkiyəli nazir deyib ki, səfərin gündəliyində duran məsələlər arasında ikitərəfli və regional əməkdaşlığa xüsusi diqqət yetiriləcək.
BAKI, 5 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a mayın əvvəlinə planlaşdırılan səfəri zamanı ABŞ lideri Co Baydenlə Ukrayna böhranını və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcək. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, səfərin gündəliyində duran məsələlər arasında ikitərəfli və regional əməkdaşlığa xüsusi diqqət yetiriləcək. "Gündəmin başında Qəzza məsələsi var və Ukrayna məsələsi də gündəmdə olacaq. Bu iki müharibə bizim regionumuza təsir edir, qlobal böhran xətlərini təhrik edir və digər risk sahələri yaradır", - Fidan bildirib.
"Prezidentimiz bundan sonra da bu problemlərə diqqət çəkəcək və bu məsələlərə həssaslığımızı vurğulayacaq".
Ərdoğanın ABŞ-a səfəri mayın 9-na planlaşdırılıb.
Xəbər lenti
0