https://sputnik.az/20240405/deputatdan-sensasion-cagiris-helledici-zerbeni-vurmaq-ucun-her-an-hazir-olmaliyiq-463759174.html
Deputatdan sensasion çağırış: “Həlledici zərbəni vurmaq üçün hər an hazır olmalıyıq”
Deputatdan sensasion çağırış: “Həlledici zərbəni vurmaq üçün hər an hazır olmalıyıq”
Sputnik Azərbaycan
O, qeyd edib ki, ABŞ, Avropa İttifaqı və Ermənistan tərəfindən uzun müddətdir ki, hazırlanan və bu gün keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş mahiyyətcə... 05.04.2024, Sputnik Azərbaycan
2024-04-05T17:57+0400
2024-04-05T17:57+0400
2024-04-05T18:20+0400
abş
azərbaycan xəbərləri
zərbə
millət vəkili fəzail ağamalı
fəzail ağamalı
fəzail ağamalı
millət vəkili
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e8/02/05/462376368_0:52:1000:615_1920x0_80_0_0_81d5d1094f6fbd49d923ab736b4db137.jpg
BAKI, 5 aprel — Sputnik. Ermənistan bütün hiyləgərliyini işə salıb, dövlətlərarası vurnuxma yolu ilə baş əydiyi yeni “xozeyn”lərinə hər şeyini qurban verməyə hazır olduğunu nümayiş etdirir. Bunu deputat Fəzail Ağamalı Milli Məclisin iclasında çıxışı zamanı bildirib. Millət vəkili Azərbaycana qarşı təxribatçı planları reallaşdırmağa çalışan qüvvələrə qarşı kəskin fikirlər səsləndirib. O, qeyd edib ki, ABŞ, Avropa İttifaqı və Ermənistan tərəfindən uzun müddətdir ki, hazırlanan və bu gün keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş mahiyyətcə pozitiv xarakter daşımır, regionda sülhün yaranmasına xidmət etmir: "Bu görüş faşist ölkəsinin Azərbaycana bütövlükdə regionda sülhün və əməkdaşlığın yaranmasına qarşı yönələn, Ermənistanın pozucu və revanşist mövqeyini stimullaşdıran və gücləndirən, onun sürətlə silahlanlanmasına hüquqi-siyasi əsaslar yaradan avantürist bir addımdır". "Bu tip görüşlər, eyni zamanda, Azərbaycanla şərti sərhəd boyu Avropa İttifaqının mandatı ilə kəşfiyyatçı qrupları yerləşdirib, onlardan gələcək hərbi əməliyyatlar üçün ölkəmizin silahlı qüvvələri haqqında informasiyalar toplayan, Qərbdən, Hindistandan, İrandan güzəştli şərtlərlə müasir hücum silahları almaqda israrlı olan Paşinyan, artıq ruhunda yaşatdığı qisasçılıq və revanşist mövqeyini açıq şəkildə nümayiş etdirərək, Azərbaycana qarşı ərazi iddialarına şübhə yeri qoymur”, - millət vəkili deyib. F.Ağamalı bildirib ki, hüquqi normativ aktlarından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etmək, regionda sülhə və əməkdaşlığa töhfə vermək əvəzinə, Qərbin güc mərkəzlərinin yaratdığı çevrədə ermənisayaq rəqs edən Paşinyan və komandası artıq Köçəryan və Sarkisyan qədər ölkəmiz, həm də region üçün ciddi təhlükə yaratmaqdadır: “Dörd ildir ki, Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına xidmət edən sülh niyyətlərini bloklayan Ermənistan təcavüzkar məqsədlərini açıq və gizli şəkildə davam etdirir. O, işğal altında qalan səkkiz kəndimizi qaytarmaq əvəzinə, bütün şərti sərhəd boyu sınıq-salxaq qoşun və hərbi texnikasını cəmləşdirərək, təxribatlar törətməkdədir. Belə bir ölkə ilə dinc, qonşuluq şəraitində yaşamaq sadəcə olaraq mümkünsüz görünür"."Nə qədər ki, uşaqdan qocaya, qadından kişiyə, iqtidardan müxalifətə qədər Türkün qanına susayan bu vandal ölkə var, biz barmağımızı tətikdən çəkməməli, Ermənistanın təxribatçı və işğalçılıq niyyətlərinə və hərəkətlərinə son, həlledici zərbəni vurmaq üçün hər an hazır olmalıyıq”, - Fəzail Ağamalı əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/05/462376368_56:0:945:667_1920x0_80_0_0_0e5eddc8e82d605e96e145dc088d927b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
abş, zərbə, millət vəkili fəzail ağamalı, fəzail ağamalı, fəzail ağamalı, millət vəkili, ermənistan
abş, zərbə, millət vəkili fəzail ağamalı, fəzail ağamalı, fəzail ağamalı, millət vəkili, ermənistan
Deputatdan sensasion çağırış: “Həlledici zərbəni vurmaq üçün hər an hazır olmalıyıq”
17:57 05.04.2024 (Yenilənib: 18:20 05.04.2024) O, qeyd edib ki, ABŞ, Avropa İttifaqı və Ermənistan tərəfindən uzun müddətdir ki, hazırlanan və bu gün keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş mahiyyətcə pozitiv xarakter daşımır, regionda sülhün yaranmasına xidmət etmir.
BAKI, 5 aprel — Sputnik. Ermənistan bütün hiyləgərliyini işə salıb, dövlətlərarası vurnuxma yolu ilə baş əydiyi yeni “xozeyn”lərinə hər şeyini qurban verməyə hazır olduğunu nümayiş etdirir. Bunu deputat Fəzail Ağamalı Milli Məclisin iclasında çıxışı zamanı bildirib. Millət vəkili Azərbaycana qarşı təxribatçı planları reallaşdırmağa çalışan qüvvələrə qarşı kəskin fikirlər səsləndirib.
O, qeyd edib ki, ABŞ, Avropa İttifaqı və Ermənistan tərəfindən uzun müddətdir ki, hazırlanan və bu gün keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş mahiyyətcə pozitiv xarakter daşımır, regionda sülhün yaranmasına xidmət etmir:
"Bu görüş faşist ölkəsinin Azərbaycana bütövlükdə regionda sülhün və əməkdaşlığın yaranmasına qarşı yönələn, Ermənistanın pozucu və revanşist mövqeyini stimullaşdıran və gücləndirən, onun sürətlə silahlanlanmasına hüquqi-siyasi əsaslar yaradan avantürist bir addımdır".
"Bu tip görüşlər, eyni zamanda, Azərbaycanla şərti sərhəd boyu Avropa İttifaqının mandatı ilə kəşfiyyatçı qrupları yerləşdirib, onlardan gələcək hərbi əməliyyatlar üçün ölkəmizin silahlı qüvvələri haqqında informasiyalar toplayan, Qərbdən, Hindistandan, İrandan güzəştli şərtlərlə müasir hücum silahları almaqda israrlı olan Paşinyan, artıq ruhunda yaşatdığı qisasçılıq və revanşist mövqeyini açıq şəkildə nümayiş etdirərək, Azərbaycana qarşı ərazi iddialarına şübhə yeri qoymur”, - millət vəkili deyib.
F.Ağamalı bildirib ki, hüquqi normativ aktlarından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etmək, regionda sülhə və əməkdaşlığa töhfə vermək əvəzinə, Qərbin güc mərkəzlərinin yaratdığı çevrədə ermənisayaq rəqs edən Paşinyan və komandası artıq Köçəryan və Sarkisyan qədər ölkəmiz, həm də region üçün ciddi təhlükə yaratmaqdadır: “Dörd ildir ki, Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına xidmət edən sülh niyyətlərini bloklayan Ermənistan təcavüzkar məqsədlərini açıq və gizli şəkildə davam etdirir. O, işğal altında qalan səkkiz kəndimizi qaytarmaq əvəzinə, bütün şərti sərhəd boyu sınıq-salxaq qoşun və hərbi texnikasını cəmləşdirərək, təxribatlar törətməkdədir. Belə bir ölkə ilə dinc, qonşuluq şəraitində yaşamaq sadəcə olaraq mümkünsüz görünür".
"Nə qədər ki, uşaqdan qocaya, qadından kişiyə, iqtidardan müxalifətə qədər Türkün qanına susayan bu vandal ölkə var, biz barmağımızı tətikdən çəkməməli, Ermənistanın təxribatçı və işğalçılıq niyyətlərinə və hərəkətlərinə son, həlledici zərbəni vurmaq üçün hər an hazır olmalıyıq”, - Fəzail Ağamalı əlavə edib.