Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu nə bəladır belə? Azərbaycanda uşaqlar arasında qorxunc virus yayılıb

© iStock.com / StockPlanetsXəztə uşaq, arxiv
Xəztə uşaq, arxiv - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Abunə olmaq
Tanınmış pediatr Vaqif Qarayev deyib ki, indiyədək bir mövsümdə dörd-beş yoluxucu infeksiyanın eyni vaxtda yayılmasını görməyib. İndi isə ölkəmizdə bu görünməmiş hadisə yaşanır.
BAKI, 5 aprel — Sputnik. Azərbaycanda uşaqlar arasında kəskin virus yayılıb. Dövlət uşaq tibb müəssisələrində boş çarpayı tapmaq mümkün deyil. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. Övladında yüksək hərarət olduğunu deyən Səbinə Əhmədova dünən bir neçə tibb müəssisəsinə üz tutsa da, xəstəxanalarda boş yer olmadığı səbəbindən uşağını özəl tibb müəssisəsinə yerləşdirməli olub:

"Üz tutduğumuz bütün dövlət tibb müəssisələrinin uşaq şöbələrində, yoluxucu xəstəliklərlə bağlı xəstəxanalarda bizə dedilər ki, palatalarda boş çarpayı yoxdur. Bundan sonra uşağı özəl tibb müəssisələrindən birinə yerləşdirmək məcburiyyətində qaldıq".

Digər valideyn Aygül Qarayeva da üç aylıq övladında yüksək hərarət olduğu üçün paytaxtdakı uşaq xəstəxanalarına müraciət etdiyini, boş çarpayı olmadığından övladını özəl tibb müəssisəsində müalicə etdirdiyini bildirib.
Valideynlər yüksək hərarətlə müşahidə olunan virusun uşaqlar arasında epidemiya halı aldığından narahatdırlar.
Tanınmış pediatr Vaqif Qarayev Sputnik Azərbaycan-a son günlər uşaqlar arasında viruslara yoluxma hallarının artdığını təsdiqləyib. O, bildirib ki, hələ indiyədək bir mövsümdə dörd-beş yoluxucu inffeksiyanın bir vaxtda yayılması müşahidə olunmayıb:

"Mən hələ indiyədək bir mövsümdə dörd-beş yoluxucu infeksiyanın bir vaxtda yayıldığını görməmişdim. Hazırda kəskin respirator viruslar, qrip, influenza,qızılca, su çiçəyi, göy öskürək, skarlatina, koksaki epidemiya şəklində yayılıb. Ona görə də xəstəxanaların dolu olması valideynlərə təəccüblü gəlməməlidir. Bir neçə virusun eyni mövsümdə tüğyan etməsi müşahidə olunur".

Həkim sadalanan bu virusların hər birinin ilk əlamətinin yüksək hərarət olduğunu söyləyib. Bildirib ki, bir neçə gün yüksək hərarətdən sonra uşaqlarda səpgilər müşahidə olunur: "Bəzi viruslarda isə yüksək hərarətdən sonra boğucu öskürək müşahidə olunur. Bu, artıq göy öskürək deməkdir. Virusların hər biri yüksək hərarətlə başladığından, valideynlər də, həkim də bu vəziyyətdə dəqiq diaqnozu qoymağa çətinlik çəkir".
V.Qarayev südəmər körpələr üçün bu xəstəliklərin çox təhlükəli olduğunu bildirib. Deyib ki, xəstəlikdən ağırlaşma ehtimalı böyükdür.
"Ona görə də valideynlər hərarətin ilk günündə xüsusilə bir yaşa qədər körpələrlə bağlı həkimə müraciət etməlidirlər. Təəssüf ki, xəstəxanalara gətirilən uşaqların hamısı ağırlaşma müşahidə olunan uşaqlardır. Uşaqda temperatur müşahidə olunursa, gecikdirmədən mütləq həkim müayinəsi aparılmalıdır" - pediatr bildirib.
Xəbər lenti
0