https://sputnik.az/20240405/azerbaycanda-herbi-qulluqcularin-vezifeleri-artirilir-463745845.html
Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır
Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır
Sputnik Azərbaycan
Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir. 05.04.2024, Sputnik Azərbaycan
2024-04-05T14:42+0400
2024-04-05T14:42+0400
2024-04-05T14:49+0400
hərbi qulluqçu
hərbi
vəzifə
səsvermə
qanun layihəsi
silahlı qüvvələr
azərbaycan silahlı qüvvələri
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425306242_0:317:3077:2047_1920x0_80_0_0_397b3790acee0cd1f53b48a36446cf52.jpg
BAKI, 5 aprel — Sputnik, Xalid Məmmədov. Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır. Bu barədə məsələ Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında’ qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir. Qanun layihəsi 1954-cü il tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasına dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın yaradılması məqsədi ilə hazırlanıb. Qanun layihəsində silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin beynəlxalq qaydalarının öyrənilməsi və onlara riayət edilməsi vəzifəsinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına tapşırılması, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunması imkanının təsbit edilməsi, ekstradisiyadan imtinanın hüquqi əsaslarının genişləndirilməsi, habelə Azərbaycan xalqının milli mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsinə dair tələbləri nəzərdə tutan normalar öz əksini tapıb. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425306242_150:0:2879:2047_1920x0_80_0_0_34c360b9a76da9d78dd431af127f8af3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hərbi qulluqçu, vəzifə, səsvermə, qanun layihəsi, silahlı qüvvələr, azərbaycan silahlı qüvvələri, milli məclis
hərbi qulluqçu, vəzifə, səsvermə, qanun layihəsi, silahlı qüvvələr, azərbaycan silahlı qüvvələri, milli məclis
Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır
14:42 05.04.2024 (Yenilənib: 14:49 05.04.2024) Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir.
BAKI, 5 aprel — Sputnik, Xalid Məmmədov. Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır.
Bu barədə məsələ Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında’ qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir.
Qanun layihəsi 1954-cü il tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasına dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın yaradılması məqsədi ilə hazırlanıb.
Qanun layihəsində silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin beynəlxalq qaydalarının öyrənilməsi və onlara riayət edilməsi vəzifəsinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına tapşırılması, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunması imkanının təsbit edilməsi, ekstradisiyadan imtinanın hüquqi əsaslarının genişləndirilməsi, habelə Azərbaycan xalqının milli mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsinə dair tələbləri nəzərdə tutan normalar öz əksini tapıb.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.