SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
BAKI, 4 aprel - Sputnik. Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.
Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.
Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.
"Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə telefon danışığı zamanı Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü ilə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib.
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub" - məlumatda deyilir.
05.03.24, 19:02
Ursula Fon der Lyayen İlham Əliyevə məktub göndərib
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrik mıktubunda deyilir:
"Hörmətli Prezident Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Bu, Avropa İttifaqının bütün vətəndaşlarımızın maraqları naminə Şərq Tərəfdaşlığı çərçivəsində əhatə olunan ikitərəfli dialoqumuzun və bütün sahələrdə regional əməkdaşlığımızın, o cümlədən rifah və yaxşı idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə sadiqliyini vurğulamaq üçün münasib fürsətdir.
Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir.
Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP29-u səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq".
Xəbər lenti
0