Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

Rusiya terror aktı ilə bağlı araşdırmanın nəticələrinə əsasən siyasi nəticələr çıxaracaq

© Sputnik / Сергей Бобылев / Mediabanka keçid"Crocus City Hall"da terror aktı
Crocus City Hallda terror aktı - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Zaxarova qeyd edib ki, həqiqəti bərqərar etmək yolunda dəqiq və diqqətlə getmək, faktlara əsaslanaraq müvafiq siyasi nəticələr çıxarmaq lazımdır.
BAKI, 4 aprel — Sputnik. Rusiya "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı araşdırmanın nəticələrinə əsasən siyasi nəticələr çıxaracaq.
Bu barədə "TASS"a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Həqiqəti bərqərar etmək yolunda dəqiq və diqqətlə getmək, faktlara əsaslanaraq müvafiq siyasi nəticələr çıxarmaq lazımdır" - Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya hüquq-mühafizə, məhkəmə və digər sahələrdə nəticələrlə yanaşı, siyasi təhlil aparacaq.
Xatırladaq ki, martın 22-də silahlı şəxslər Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalına soxularaq tamaşaçılara pulemyotlardan atəş açıb, binanı da yandırıblar. Son məlumatlara görə, 144 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornu ilə telefon danışığı zamanı "Crocus"da terror aktının təşkilində Ukraynanın izinə dair Moskvanın məlumatı olduğunu bildirmişdi.
Xəbər lenti
0