https://sputnik.az/20240404/blinkenin-bakiya-zengi-hansi-meqsedden-qaynaqlanib--463730049.html
Blinkenin Bakıya zəngi hansı məqsəddən qaynaqlanıb?
Blinkenin Bakıya zəngi hansı məqsəddən qaynaqlanıb?
Sputnik Azərbaycan
Blinkenin bütün çabası Azərbaycanı Rusiyadan qoparmaq üçündür
2024-04-04T20:59+0400
2024-04-04T20:59+0400
2024-04-04T22:48+0400
entoni blinken
siyasət
elman nəsirov
prezident ilham əliyev
azərbaycan xin
xin
ermənistan
rusiya
iran
revanş
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460315944_0:0:2186:1230_1920x0_80_0_0_fddb9be23b48f448c0f1480832e08bea.jpg
BAKI, 4 aprel — Sputnik. Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Beş aprel görüşü öncəsi bölgədə vəziyyət kifayət qədər gərgindir. ABŞ diplomatının Azərbaycan liderinə zəng etməsi, gərginliyin hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı Qərbin mövqeyinin ifadəsi sayıla bilər. Mİllət vəkili Elman Nəsirov Azərbaycan Prezidenti və ABŞ dövlət Katibi arasında baş tutuan telefon danışı ilə bağlı Sputnik Azərbaycan-a danışıb. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bütün imkan və potensial Qərb tərəfindən işə salınıb Millət vəkili Elman Nəsirov deyir ki, Rusiya ilə kollektiv Qərb arasında düşmənçiliyin pik həddə çatması həqiqətdir: "Ukrayna cəbhəsində formalaşan bu konfrantasiya mühitinin artıq Cənubi Qafqaz regionuna transformasiyası istiqamətində addımlar atılmaqdadır. Bu addımların müəllif Ermənistan, o cümlədən Fransa başda olmaqla onu himayə edən bir sıra qərb siyasi dairələridir. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bütün imkan və potensial Qərb tərəfindən işə salınıb". Ermənistandan istifadə edirlər Elman Nəsirovun sözlərinə görə, aprelin 5-də Brüsseldə Aİ, ABŞ, Ermənistan rəsmilərinin iştirakı ilə keçiriləcək 3 tərəfli görüş də eyni məqsədi ifadə edir: "Dövlət Departamentinin sözçüsü bu görüşün mahiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirsə də, reallıq hər kəsə məlumdur. Məhz buna görə də ABŞ Dövlət Katibi Entoni Blinkenin Azərbaycan Prezidenti ilə telefon danışığı diqqət çəkən məqamdır. Telefon danışığının məzmunu ilə bağlı verilən açıqlamalarda göstərilir ki, ABŞ Dövlət Katibi Azərbaycanın 5 aprel görüşü ilə bağlı narahatlığına heç bir əsas olmadığını ifadə edib. Bu arxayınçılıq üçün ciddi əsaslar vermir. Hamıya məlumdur ki, Rusiyanın Cənubi Qafqazdakı dayaqlarını sarsıtmaq üçün əldə-ayaqdan gedən Qərb birliyi artıq bütün mexanizmləri işə salıblar və Ermənistandan da istifadə edirlər". Rusiya və İran kənar müşahidəçi statusunda qalacaq? Milli Məclisin üzvü deyir ki, Qərbin bu fəallığı fonunda Rusiya və İranın kənar müşahidəçi statusunda qalacağına heç bir halda inanmaq mümkün deyil:"İran hələ ki qəribə passivlik nümayiş etdirir. Halbuki İranın maraqlarına zidd olan regiondankənar tərəflər onun qonşuluğuna gəlib çıxır və bunun İran üçün hansı problemlər yaradacağını anlamaq çətin deyil. Rusiyanın bu məsələlərdə Ermənistana real təzyiq və təsir mexanizmlərini işə salacağı proqnozlaşdırılandır. İlk növbədə iqtisadi təsir rıçaqları işə salına bilər. Məlum olduğu kimi bu gün Rusiyanın dünya ölkələri ticarət dövriyyəsinin həcmi 850 milyard dollar təşkil edir. Rusiya Ermənistan ticarət dövriyyəsinin səviyyəsi 7.3 milyard dollardır. Bu Ruisya üçün böyük rəqəm deyil. Amma Ermənistanın xarici ticarət dövriyyəsində Rusiya 35 faizlik paya malikdir. Rəqəmlər özü çox şeyi diktə edir. Hərbi təsir imkanlarından danışmağa heç ehtiyac yoxdur". Azərbaycanla təzyiq dilində danışmaq ağılsızlıqdır Nəsirovun fikrincə, bu baxımdan Azərbaycanın atacağı addımları və mövqeyini Prezident İlham Əliyev ABŞ dövlət katibi ilə telefon danışığında açıq şəkildə bəyan etdi. Regionda baş verən son proseslər, Fransanın Ermənistanı silahlandırması, bunun regionda sülh və təhlükəsizliyə ciddi problemlər yaratmasına diqqət cəlb edildi."Qərbdən gələn dəstək fonunda Ermənistanda revanşizm daha da güclənə, bu isə regionda növbəti müharibəni labüd edə bilər. Bunun özünü sülh prosesi üçün arxadan zərbə saymaq olar. Bu baxımdan bütün məsuliyyət Ermənistanın və onu himayə edənlərin üzərinə düşür. Azərbaycan bu istiqamətdə diplomatik fəaliyyətini gücləndirir. Azərbaycan XİN baş verənlərlə bağlı bəyanatlarla çıxış edib. Mövcud reallıqlar fonunda Azərbaycanla təzyiq dilində danışmaq ağılsızlıqdır və bu heç kimə fayda gətirə bilməz" - millət vəkili fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460315944_134:0:2077:1457_1920x0_80_0_0_710ff96fdee5dd18fb3bd5beeca46b9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş rusiyanı bu bölgədən vurub çıxarmaq istəyir, blinken, azərbaycanı rusiyadan qoparmaq
abş rusiyanı bu bölgədən vurub çıxarmaq istəyir, blinken, azərbaycanı rusiyadan qoparmaq
Blinkenin Bakıya zəngi hansı məqsəddən qaynaqlanıb?
20:59 04.04.2024 (Yenilənib: 22:48 04.04.2024) Milli Məclisin üzvü deyir ki, Qərbin bu fəallığı fonunda Rusiya və İranın kənar müşahidəçi statusunda qalacağına heç bir halda inanmaq mümkün deyil.
BAKI, 4 aprel — Sputnik. Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Beş aprel görüşü öncəsi bölgədə vəziyyət kifayət qədər gərgindir. ABŞ diplomatının Azərbaycan liderinə zəng etməsi, gərginliyin hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı Qərbin mövqeyinin ifadəsi sayıla bilər.
Mİllət vəkili Elman Nəsirov Azərbaycan Prezidenti və ABŞ dövlət Katibi arasında baş tutuan telefon danışı ilə bağlı Sputnik Azərbaycan-a danışıb.
Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bütün imkan və potensial Qərb tərəfindən işə salınıb
Millət vəkili Elman Nəsirov deyir ki, Rusiya ilə kollektiv Qərb arasında düşmənçiliyin pik həddə çatması həqiqətdir:
"Ukrayna cəbhəsində formalaşan bu konfrantasiya mühitinin artıq Cənubi Qafqaz regionuna transformasiyası istiqamətində addımlar atılmaqdadır. Bu addımların müəllif Ermənistan, o cümlədən Fransa başda olmaqla onu himayə edən bir sıra qərb siyasi dairələridir. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bütün imkan və potensial Qərb tərəfindən işə salınıb".
Ermənistandan istifadə edirlər
Elman Nəsirovun sözlərinə görə, aprelin 5-də Brüsseldə Aİ, ABŞ, Ermənistan rəsmilərinin iştirakı ilə keçiriləcək 3 tərəfli görüş də eyni məqsədi ifadə edir:
"Dövlət Departamentinin sözçüsü bu görüşün mahiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirsə də, reallıq hər kəsə məlumdur. Məhz buna görə də ABŞ Dövlət Katibi Entoni Blinkenin Azərbaycan Prezidenti ilə telefon danışığı diqqət çəkən məqamdır. Telefon danışığının məzmunu ilə bağlı verilən açıqlamalarda göstərilir ki, ABŞ Dövlət Katibi Azərbaycanın 5 aprel görüşü ilə bağlı narahatlığına heç bir əsas olmadığını ifadə edib. Bu arxayınçılıq üçün ciddi əsaslar vermir. Hamıya məlumdur ki, Rusiyanın Cənubi Qafqazdakı dayaqlarını sarsıtmaq üçün əldə-ayaqdan gedən Qərb birliyi artıq bütün mexanizmləri işə salıblar və Ermənistandan da istifadə edirlər".
Rusiya və İran kənar müşahidəçi statusunda qalacaq?
Milli Məclisin üzvü deyir ki, Qərbin bu fəallığı fonunda Rusiya və İranın kənar müşahidəçi statusunda qalacağına heç bir halda inanmaq mümkün deyil:
"İran hələ ki qəribə passivlik nümayiş etdirir. Halbuki İranın maraqlarına zidd olan regiondankənar tərəflər onun qonşuluğuna gəlib çıxır və bunun İran üçün hansı problemlər yaradacağını anlamaq çətin deyil. Rusiyanın bu məsələlərdə Ermənistana real təzyiq və təsir mexanizmlərini işə salacağı proqnozlaşdırılandır. İlk növbədə iqtisadi təsir rıçaqları işə salına bilər. Məlum olduğu kimi bu gün Rusiyanın dünya ölkələri ticarət dövriyyəsinin həcmi 850 milyard dollar təşkil edir. Rusiya Ermənistan ticarət dövriyyəsinin səviyyəsi 7.3 milyard dollardır. Bu Ruisya üçün böyük rəqəm deyil. Amma Ermənistanın xarici ticarət dövriyyəsində Rusiya 35 faizlik paya malikdir. Rəqəmlər özü çox şeyi diktə edir. Hərbi təsir imkanlarından danışmağa heç ehtiyac yoxdur".
Azərbaycanla təzyiq dilində danışmaq ağılsızlıqdır
Nəsirovun fikrincə, bu baxımdan Azərbaycanın atacağı addımları və mövqeyini Prezident İlham Əliyev ABŞ dövlət katibi ilə telefon danışığında açıq şəkildə bəyan etdi. Regionda baş verən son proseslər, Fransanın Ermənistanı silahlandırması, bunun regionda sülh və təhlükəsizliyə ciddi problemlər yaratmasına diqqət cəlb edildi.
"Qərbdən gələn dəstək fonunda Ermənistanda revanşizm daha da güclənə, bu isə regionda növbəti müharibəni labüd edə bilər. Bunun özünü sülh prosesi üçün arxadan zərbə saymaq olar. Bu baxımdan bütün məsuliyyət Ermənistanın və onu himayə edənlərin üzərinə düşür. Azərbaycan bu istiqamətdə diplomatik fəaliyyətini gücləndirir. Azərbaycan XİN baş verənlərlə bağlı bəyanatlarla çıxış edib. Mövcud reallıqlar fonunda Azərbaycanla təzyiq dilində danışmaq ağılsızlıqdır və bu heç kimə fayda gətirə bilməz" - millət vəkili fikirlərini yekunlaşdırıb.