https://sputnik.az/20240404/bakida-xezeryani-dovletlerin-bas-prokurorlarinin-besterefli-gorusu-kecirilir-463713040.html
Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir
Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir
Sputnik Azərbaycan
Azərbaycanın Baş prokuroru ekoloji məsələlərə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)... 04.04.2024, Sputnik Azərbaycan
2024-04-04T11:45+0400
2024-04-04T11:45+0400
2024-04-04T11:45+0400
xəzər
azərbaycan xəbərləri
baş prokurorluq
azərbaycan respublikası baş prokurorluğu
cop29
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
kamran əliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/04/04/463712872_0:111:923:630_1920x0_80_0_0_a6052c1d99fcd3d6689569ea2a850b0f.jpg
BAKI, 4 aprel — Sputnik. Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir. Tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının yüksək rütbəli şəxsləri və digərləri iştirak edirlər. K.Əliyev bildirib ki, Azərbaycan Rusiyada "Crocus City Hall"da törədilmiş terror aktını qətiyyətlə pisləyir və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayır. Azərbaycanın Baş prokuroru ekoloji məsələlərə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ilin noyabrında ölkədə keçirilməsinə də toxunub. "Azərbaycan xüsusilə əraziləri işğaldan azad edildikdən sonra ekologiya və ətraf mühitin mühafizəsi tədbirlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atır. Ekoloji qanunvericiliyin pozulması ilə mübarizə üçün səylər göstəririk və bunun üçün hüquqi mexanizmlərdən istifadə edirik. Ona görə də bu ilin noyabrında COP29-nun Azərbaycanda keçirilməsi təsadüfi deyil", - K.Əliyev qeyd edib. Onun sözlərinə görə, Xəzər dənizinin ekologiyası və onun sərvətlərindən səmərəli istifadə kimi məsələlər hər zaman Azərbaycanın siyasi rəhbərliyinin diqqət mərkəzindədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/04/463712872_65:0:905:630_1920x0_80_0_0_0a414bac9616445e66177463cd4f0237.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər, baş prokurorluq, azərbaycan respublikası baş prokurorluğu, cop29, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, kamran əliyev
xəzər, baş prokurorluq, azərbaycan respublikası baş prokurorluğu, cop29, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, kamran əliyev
Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir
Azərbaycanın Baş prokuroru ekoloji məsələlərə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ilin noyabrında ölkədə keçirilməsinə də toxunub.
BAKI, 4 aprel — Sputnik. Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir.
Tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının yüksək rütbəli şəxsləri və digərləri iştirak edirlər.
K.Əliyev bildirib ki, Azərbaycan Rusiyada "Crocus City Hall"da törədilmiş terror aktını qətiyyətlə pisləyir və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayır.
Azərbaycanın Baş prokuroru ekoloji məsələlərə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ilin noyabrında ölkədə keçirilməsinə də toxunub.
"Azərbaycan xüsusilə əraziləri işğaldan azad edildikdən sonra ekologiya və ətraf mühitin mühafizəsi tədbirlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atır. Ekoloji qanunvericiliyin pozulması ilə mübarizə üçün səylər göstəririk və bunun üçün hüquqi mexanizmlərdən istifadə edirik. Ona görə də bu ilin noyabrında COP29-nun Azərbaycanda keçirilməsi təsadüfi deyil", - K.Əliyev qeyd edib.
Onun sözlərinə görə, Xəzər dənizinin ekologiyası və onun sərvətlərindən səmərəli istifadə kimi məsələlər hər zaman Azərbaycanın siyasi rəhbərliyinin diqqət mərkəzindədir.