Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda 40-a yaxın bağça müdiri işdən çıxarılıb

© Official website of President of Azerbaijan RepublicBağça
Bağça  - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
İlahə Rəsulova deyib ki, 246 nəfər xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb.
BAKI, 4 aprel — Sputnik. Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin bağçalara nəzarət etdiyi aylar ərzində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər zamanı 40-a yaxın müdir işdən çıxarılıb.
Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, 246 nəfər xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb.
O, eyni zamanda, qeyd edib ki, həmin müddət ərzində 450 məktəbəqədər təhsil müəssisəsində qida ilə bağlı monitorinqlər aparılıb:
"Qida ilə birbaşa işləyən şəxslər, aşpazlar təlimlərə cəlb edilib".
O əlavə edib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artırılması da əsas hədəflər sırasındadır:
"Əvvəl bu hədəf 17 min idisə, artıq 20 minə qədər uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur".
İlahə Rəsulova deyib ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vakansiyası üçün müraciət edən namizədlərdən mütləq ali məktəbəqədər və ya pedaqoji təhsil tələbi var:
“Amma ən azı 3 il məktəbəqədər təhsil müəssisəsində çalışmaqla bağlı iş stajı da tələb olunur. İlk dəfə ötən il müdir vəzifəsi üçün məktəbəqədər təhsil müəssisəsində çalışan pedaqoji heyət dəvət olunmuşdu. Ümumilikdə 300 nəfər müraciət etdi və test mərhələsindən 172 nəfər uğur qazandı, müsahibədən isə 55 nəfər uğur qazandı, onlar artıq adaptasiya seminarlarına cəlb olunublar. Müəyyən yerlər boş qaldığı üçün yenidən müsabiqə elan olundu. Bu müsabiqəyə hazırda işləməyən, amma daha əvvəl məktəbəqədər təhsil müəssisəsində işləmiş namizədlər də dəvət edilirlər. Ötən həftə 1-ci mərhələyə 565 nəfər dəvət olundu. Onlardan 385 nəfər test mərhələsində iştirak edib və nəticələrin emalı gedir. Uğur qazanan namizədlər daha sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.
O, eyni zamanda, bildirib ki, 2022-ci ildə ümumilikdə 200 tərbiyəçi müəllim bağçalara mərkəzləşmiş qaydada işə götürülüb. 2023-cü ildən bu günə qədər isə 282 tərbiyəçi müəllim mərkəzləşmiş qayadada işə götürülüb.
20.12.23, 16:14
Bağça müdiri olmaq istəyənlərin nəzərinə!
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.
Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslər yenidən müraciət edə bilərlər. Həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.
Xəbər lenti
0