SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Rusiya diplomatik münasibətlərinin 32 ili: Nəyə nail olundu?

© Sputnik / Murad OrujovAzərbaycan və Rusiya bayraqları, arxiv
Azərbaycan və Rusiya bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Deputatın fikrincə, diplomatik münasibətlərin qurulmasından 32 il keçsə də, Azərbaycan-Rusiya əlaqaləri bir neçə əsrlik tarixi köklərlə bir-birinə bağlıdır.
BAKI, 3 aprel — Sputnik. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasından 32 il ötür.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq Protokol əsasında qurulub. 1992-ci ildə Moskvadakı Daimi Nümayəndəlik əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi təşkil olunub.
Millət vəkili Elşad Mirbəşiroğlu diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü ilə bağlı fikirlərini Sputnik Azərbaycan-a bölüşüb.
Millət vəkili bildirib ki, Azərbaycan-Rusiya münasibətləri hər zaman dinamik inkişafı ilə xarakterizə edilib:
"İki ölkə arasında etibarlı və çoxşaxəli əməkdaşlıq sistemi qurulub ki, hazırda bu, inkişaf etdirilməkdədir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz regionunda ümumi vəziyyət Azərbaycan-Rusiya münasibətlərindəki mehriban qonşuluq və dostluğun səviyyəsindən asılıdır. İki ölkə münasibətlərin inkişafı üçün qarşı qoyulan bütün məqsədlərə nail olub. Münasibətlərimizi səciyyələndirən əsas əlamətlərdən biri həm də onun regional səviyyəsi ilə bağlıdır. Bu gün Azərbaycan və Rusiya regionları arasında olduqca səmərəli əməkdaşlıq qurulub. Rusiya Fedrasiyasının 75 regionu Azərbaycanla aktiv əməkdaşlıq etməkdədir. Diqqət yetirsək görərik ki, Azərbaycanla Rusiya arasında da ticarət dövriyyəsi ilbəil artmaqdadır. İndiki mərhələdə iki ölkə arasında ticarət dövriyyəsi 4,5 milyard dollara çatıb. Bu rəqəm özü Rusiyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu aydın şəkildə göstərir. Bu dövriyyənin artırılması üçün hər iki tərəfin istəyi və yetərli resurs potensialı mövcuddur".
© SputnikMillət vəkili, Elşad Mirbəşiroğlu
Millət vəkili, Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Millət vəkili, Elşad Mirbəşiroğlu
Millət vəkili bildirir ki, Azərbaycanda Rusiya şirkətlərinin də aktivliyi nəzərəçarpacaq dərəcədədir:
"Rusiyalı investorlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə investisiyalar yatırırlar. Xüsusən də biz bunu yeni xidmət sahələrinin yaradılması, istehsal sahələrinə qoyulan investisiyalarda Rusiya şirkətlərinin fəallığında görə bilərik. Bu onu göstərir ki, Azərbaycanvə Rusiyanın sənaye sahəsində birgə əməkdaşlığı uğurla inkişaf etməkdədir. Ayrıca olaraq qeyd etməliyik ki, iki ölkənin iştirakçısı olduğu ortaq strateji layihələr mövcuddur. Buna misal olaraq Şimal-Cənub nəqliyyat dəhlizini göstərə bilərik. Bu layihə həm də regionda ümumi vəziyyətə müsbət təsir etmək gücündədir. Azərbaycanla Rusiya müxtəlif beynəlxalq təşkilatlarda fəaliyyətləri zamanı maraqlarını uzlaşdırırlar. Azərbaycan öz milli maraqları çərçivəsində yürütdüyü siyasətlə region ölkələri iə konstruktiv əməkdaşlığa olan münasibətini nümayiş etdirmiş olur. Azərbaycan Prezidenti İlham Əliyevlə onun rusiyalı həmkarı Vladimir Putin arasında səmimi dostluq münasibətləri ölkələrimiz arasındakı əalqəlrəin xarakterinə də öz təsirini göstərir".
Millət vəkili Azərbaycan və Rusiya arasında humanitar sahədə qurulmuş əməkdaşlığı xüsusi qeyd edib. O bildirib ki, bu cür əməkdaşlıqlar digər ölkələr üçün də nümunə ola bilər:
"Mən Azərbaycanda rus dilinə və mədəniyyətinə olan xüsusi diqqəti xatırlatmaq istərdim. Azərbaycan rus dili və mədəniyyətinin qorunması və təbliği üçün praktiki fəaliyyətlər icra edir. Məhz bunun göstəricisidir ki, Azərbaycanda ali məktəblərdə rus dilində təhsil həyata keçirilir, ölkəmizdə 320-dən çox orta məktəbdə təlim-tədris rus dilində aparılır. Azərbaycanlı tələbələr ali təhsillərini Rusiyada davam etdirməyə maraq göstərirlər. O cümlədən onu da qeyd etmək yerinə düşər ki, Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin fialları Azərbaycanda fəaliyyət göstərir".
Elşad Mirbəşiroğlu bildirir ki, bizim müasir dövr dövlətçilik tarixmizdə diplomatik münasibətlərin qurulmasının 32 ili tamam olur, ancaq hər kəsə məlumdur ki, Azərbaycan-Rusiya əlaqaləri bir neçə əsrlik tarixi köklərlə bir-birinə bağlıdır:
"Müasir dövrümüzdə ölkələrimiz arasında qurulan münasibətlər keçmişin yaxşı ənənələrini özündə hifz edir. Xatırlatmaq yerinə düşərdi ki, 2022-ci ilin fevralın 22-də Azərbaycanla Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanıb. Bu Bəyannamənin imzalanmasından sonra iki ölkə arasındakı münasibətlər özünün yeni keyfiyyət mərhələsinə keçid etmiş oldu. Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Bu özünü ölkələrimiz arasında mövcud dərin humanitar, mədəni, siyasi əlaqələrdə göstərir. Bu platforma üzərində davam edən ikitərəfli əlaqələr dinamik inkişaf edir".
Millət vəkili xatırladıb ki, Azərbaycan və Rusiya arasında münasibətlərin, əməkdaşlığın daha da səmərəli və keyfiyyətli olmasını şərtləndirən önəmli normativ hüquqi baza mövcuddur. Yəni, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanana qədər də Azərbaycanla Rusiya arasında münasibətləri və əməkdaşlığı inkişaf etdirən bir sıra sənədlər mövcud idi. 1997-ci ildə iki ölkə arasında dostluq, əməkdaşlıq qarşılıqlı təhlükəsizlik haqqında müqavilə, 2008-ci ildə ölkələr arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə, 2018-ci ildə Rusiya və Azərbaycan prezidentləri arasında birgə bəyanat imzalanıb.
"Bütün bunlar Rusiya və Azərbaycan xalqının maraqlarına cavab verir, ümumilikdə isə ölkələr arasında əməkdaşlığı inkişaf etdirərək, regionda sabitliyə və təhlükəsizliyə xidmət edəcək qarşılıqlı münasibətlərə töhfə verir. Bu baxımdan hesab edirəm ki, ötən 32 il ərzində Azərbaycan və Rusiyanın iqtisadi mədəni, siyasi, təhsil, sosial, müdafiə, səhiyyə sahələrində olduqca dinamik yaxınlaşma səmərəli əməkdaşlıq imkanlarından istifadə olunub. Bu gün Azərbaycanla Rusiya siyasi və iqtisadi əməkdaşlıqlarını ən yüksək səviyyəyə çatdırmağa müvəffəq olublar. Dövlətlərimiz beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq edir və bunun nəticəsi kimi hər zaman bir-birlərinin milli maraqlarını nəzərə alırlar" – millət vəkili fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0