Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Alternativ Kino Akademiyası fəaliyyətinə yeni layihələrin təqdimatı ilə başladı

© Sputnik / Murad OrujovЗдание центра кино Низами в Баку
Здание центра кино Низами в Баку - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Alternativ Kino Akademiyası özünün ilk tədbirini keçirib.
BAKI, 4 aprel - Sputnik. Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edib.
Bu barədə Azərbaycan Respublikası Kino Agentliyindən məlumat verilib.
© ARKANizami Kino Mərkəzində Xəyal Rzanın “Allaha Salam” filminin təqdimatı
Nizami Kino Mərkəzində Xəyal Rzanın  “Allaha Salam” filminin təqdimatı - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Nizami Kino Mərkəzində Xəyal Rzanın “Allaha Salam” filminin təqdimatı
Layihənin kuratorluğu Azərbaycan Respublikası Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlunun əmri ilə ARKA-nın əməkdaşı tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərova həvalə edilib.
Aprelin 3-də “Nizami” kinoteatrında Alternativ Kino Akademiyasının ilk tədbiri baş tutub. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin layihəsindən 7-nin təqdimatı olub.
© ARKANizami Kino Mərkəzində Elmar Fərzəliyevin “Düşmüş Mələk” filminin təqdimatı
Nizami Kino Mərkəzində Elmar Fərzəliyevin “Düşmüş Mələk” filminin təqdimatı - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Nizami Kino Mərkəzində Elmar Fərzəliyevin “Düşmüş Mələk” filminin təqdimatı
Elxan Cəfərovun və ARKA-nın əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda Xəyal Rzanın “Allaha Salam”, Şirin Əhmədovun “Sürəyyanın 32 ci günü”, Mirhafiz Həsənovun “Çağrılmamış qonaq”, Məhəmməd Məmmədovun “Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş Mələk”, Araz Quliyevin “İkinci Nəfəs” və Mirzahid Ağayevin “İnam” layihələri nümayiş etdirilib.
© ARKANizami Kino Mərkəzində Məhəmməd Məmmədovun “Qayıtdım” filminin təqdimatı
Nizami Kino Mərkəzində Məhəmməd Məmmədovun “Qayıtdım” filminin təqdimatı - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Nizami Kino Mərkəzində Məhəmməd Məmmədovun “Qayıtdım” filminin təqdimatı
Məlumatda həmçinin qeyd edilib ki, Alternativ Kino Akademiyasının yaradılmasında əsas məqsəd tələbə kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə təşviqi, kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə xaricdə milli-mənəvi dəyərlərin çatdırılması üçün işlərin görülməsidir. Həmçinin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ARKA tərəfindən inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi, yerli və beynəlxalq festivallarda iştirakın təşviqi, məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının təhlili, müasir yerli kino cərəyanlarının yaradılması, sənədləşmə proseslərində operativliyin tətbiqi nəzərdə tutulur.
Xəbər lenti
0