DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vanda nümayiş və aksiyalar qadağan edilib, PKK-nı dəstəkləyən 89 nəfər saxlanılıb

© AP Photo / Cagdas ErdoganPKK terrorçuları
PKK terrorçuları - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Van Seçki Komissiyasının DEM Partiyadan bələdiyyə sədri seçilmiş Abdullah Zeydanla bağlı qərarını bəhanə edən bir qrup təxribatçı partiya binasının qarşısına toplanaraq yürüş keçirmək istəyib.
BAKI, 3 aprel — Sputnik. Türkiyə polisi PKK terror təşkilatını dəstəkləyən 89 nəfəri saxlayıb. Türkiyə KİV-ləri məlumat yayıb ki, Van Seçki Komissiyasının DEM Partiyadan bələdiyyə sədri seçilmiş Abdullah Zeydanla bağlı qərarını bəhanə edən bir qrup təxribatçı partiya binasının qarşısına toplanaraq yürüş keçirmək istəyib.
Lakin yürüşə icazə verilməməsindən sonra qrup ətraf küçələrə dağılaraq ictimai obyektlərə və iş yerlərinə zərər vurub, polisə daş atılıb.
Şəhərin müxtəlif yerlərində barrikadalar quraraq avtomobillərə ziyan vuran nümayişçilərə müdaxilə edən polis su şırnağı və bibər qazından istifadə edib.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya Vanla yanaşı Hakkari, Siirt, Batman, Şırnak və İzmirdə terror təşkilatı lehinə şüarlar səsləndirən, həmçinin təhlükəsizlik qüvvələrinə hücum edən ümumilikdə 89 nəfərin saxlanıldığını bildirib.
Van Valiliyi nümayiş keçirilməsini, həmçinin açıq hava toplantılarını 15 günlük qadağan etdiyini bəyan edib. Həmçinin Valilik və Kaymakamlık tərəfindən icazə verilmədiyi təqdirdə mətbuata açıqlama vermək, anket hazırlamaq, çadır və stend qurmaq, imza toplamaq, elan paylamaq, hər növ etiraz aksiyası təşkil etmək qadağan edilib. Analoji qərar Bitlisdə də qəbul edilib.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Səslərin əksəriyyəti hesablanıb. CHP 37,77 faiz səslə seçkidə qalib gəlib. Hakim Ədalət və İnkişaf Partiyası 35,48 faiz səslə ikinci yeri tutub. Türkiyə Mərkəzi Seçki Komissiyası hələlik son rəsmi rəqəmləri açıqlamayıb.
Ankara, İstanbul və İzmir Böyükşəhər Bələdiyyəsi sədri vəzifələrinə CHP-nin namizədləri Mansur Yavaş, Əkrəm İmamoğlu və Cemil Tuqay seçiliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0