DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə 29 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub

© AFP 2024 / OZAN KOSEİstanbulda yanğınsöndürənlər
İstanbulda yanğınsöndürənlər  - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Xatırladaq ki, partlayış çoxmərtəbəli binada yerləşən gecə klubunda baş verib. Hadisə nəticəsində 29 nəfər ölüb, 1 nəfər yaralanıb.
BAKI, 3 aprel — Sputnik. Aprelin 2-də Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binada baş verən yanğının səbəbi məlum olub. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, səs izolyasiyası və dekorun yenilənməsi işləri aparılarkən qaynaq zamanı qaz xəttində partlayış olub. Partlayış isə yanğına səbəb olub.
Xatırladaq ki, partlayış çoxmərtəbəli binada yerləşən gecə klubunda baş verib. Hadisə nəticəsində 29 nəfər ölüb, 1 nəfər yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın barədə ölkənin daxili işlər naziri Ali Yerlikayaya zəng edib. Bildirilib ki, nazir R.T.Ərdoğana hadisənin nəticələri barədə məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0