DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ zamanı ölənlərin sayı artıb

© National Fire Agency via APTayvanda zəlzələnin fəsadları
Tayvanda zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olub.
BAKI, 3 aprel — Sputnik. Tayvan sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı 7 nəfərə çatıb. Bu barədə "Zhongshi Xinwenwan" agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar zamanı 736 nəfər isə yaralanıb.
Zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.
Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olub.
Yapon meteoroloqlar ilk zəlzələnin maqnitudasını 7,5 bal həcmində hesablasa da, sonradan rəqəm 7,7-ə yüksəldilib.
Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.
Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha dörd zəlzələ qeydə alınıb.
Tayvanın Mərkəzi Xəbər Agentliyi seysmoloqlara istinadən xəbərdarlıq edib ki, yaxın günlərdə Tayvan yaxınlığında 7,0 bal gücündə zəlzələlər baş verə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0