CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 3 aprel – FOTO

© Sputnik / Elnur Salayev3 aprel
3 aprel - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 3 aprel — Sputnik. Aprelin 3-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 3-də kimlər dünyaya gəlib?
Heydər Hüseynov (1908-1950) - Azərbaycan alimi, fəlsəfə elmləri doktoru və professordur. O, azərbaycan-rus və rus-azərbaycan lüğətlərinin redaktorlarından biri olub.
© Photo : Azerbaijan National Academy of ScienceHeydər Hüseynov
Heydər Hüseynov - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Heydər Hüseynov
Marlon Brando (1924-2004) - amerikalı kinoaktyordur. O, 60 illik karyerası ərzində müxtəlif mükafatlara, o cümlədən "Oskar", "Qızıl Qlobus", Kann Film Festivalı mükafatına və Britaniya Film Akademiyasının üç mükafatına layiq görülüb. Marlon Stanislavskinin sistemini və aktyorluq metodunu geniş auditoriyaya ilk təqdim edənlərdən biri olub.
© AP PhotoMarlon Brando
Marlon Brando - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Marlon Brando
Mark Rozovski (1937) - Sovet və Rusiya teatr rejissoru, bəstəkarı və RF xalq artistidir. O, "Nikitski qapıları önündə" teatrının bədii rəhbəridir. Mark "Amerika Puşkin Akademiyası"nın akademikidir.
© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçidMark Rozovski
Российский режиссер Марк Розовский - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Mark Rozovski
Alek Bolduin (1958) amerikalı kino aktyoru, rejissor və yazıçıdır. O, "Qızıl Qlobus" və "Emmi" mükafatlarının laureatıdır.
© Evan Agostini / Invision / APAlek Bolduin
Alek Bolduin  - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Alek Bolduin
Eddi Mörfi (1961) - amerikalı aktyor, prodüser, rejissor və müğənnidir. O, 1980-1990-cı illərin ən məşhur komediya aktyorlarından biridir. Eddi "Yerdəyişmə", "Bumeranq", "Doktor Dulittl", "Vampir Bruklində", "Ağlı çaşmış professor" və s. filmlərdə rol alıb.
© AP Photo / MATT SAYLESEddi Mörfi
Eddi Mörfi  - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Eddi Mörfi
Aprelin 3-də dünyada baş verən tarixi hadisələr
1829-cu ildə ingilis Ceyms Karrinqton qəhvə dənələrinin üyüdülməsi üçün nəzərdə tutulmuş cihazı patentləşdirib.
1879-cu ildə Sofiya Bolqarıstanın paytaxtı elan edilib.
1885-ci ildə alman ixtiraçısı Qotlib Daymler ilk yarı at gücünə malik mühərriki üçün patent alıb.
1976-cı ildə Fransada kino sahəsində nailiyyətlərə görə ilk "Sezar" mükafatlarının təqdimetmə mərasimi keçirilib.
2017-ci ildə Sankt-Peterburq metropolitenində terror aktı baş verib. Terror aktı nəticəsində 16 nəfər həlak olub, 87 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0