https://sputnik.az/20240403/qazaxistan-milli-banki-mir-karti-ile-islemeyi-qadagan-etmeyib-463701124.html
Qazaxıstan Milli Bankı Mir kartı ilə işləməyi qadağan etməyib
Qazaxıstan Milli Bankı Mir kartı ilə işləməyi qadağan etməyib
Sputnik Azərbaycan
Qazaxıstanın sistem əhəmiyyətli bankı Halyk Bankda ("Xalq Bankı") kart şöbəsinin əməkdaşı Rusiyanın "Mir" ödəniş sisteminin kartlarına xidmət göstərməkdən... 03.04.2024, Sputnik Azərbaycan
2024-04-03T16:20+0400
2024-04-03T16:20+0400
2024-04-03T16:20+0400
qazaxıstan
dünya xəbərləri
"mir" ödəniş sistemi
kart
https://cdnn1.img.sputnik.az/img/42009/39/420093943_0:73:1000:636_1920x0_80_0_0_fea410c62324209299fb276c321dd4df.jpg
BAKI, 3 aprel — Sputnik. Qazaxıstan Milli Bankı ölkə banklarına Rusiyanın "Mir" ödəniş sisteminin kartlarının xidmətindən imtina etmək barədə tövsiyələr verməyib – onlar özləri bütün riskləri nəzərə alaraq qərar qəbul edirlər. Bu barədə Qazaxıstan Milli Bankının mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib. Öz növbəsində, Qazaxıstanın sistem əhəmiyyətli bankı Halyk Bankda ("Xalq Bankı") kart şöbəsinin əməkdaşı bankın fevralın 27-dən etibarən Rusiyanın "Mir" ödəniş sisteminin kartlarına xidmət göstərməkdən imtina etdiyini təsdiqləyib. Həmin bankın zəng mərkəzinin operatoru isə RİA Novosti müxbiri ilə söhbətində bildirib ki, bu, Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara görədir. Qazaxıstanın ən böyük banklarından biri olan CenterCredit 2024-cü ilin əvvəlindən Mir kartları ilə işləməyi dayandırıb. Bu məlumatı maliyyə qurumunun çağrı mərkəzi təsdiqləyib. Eyni zamanda, VTB Qazaxıstanda Mir kartlarına tam həcmdə xidmət göstərməkdə davam edir, pulu bütün bankların bankomatlarından çıxarmaq olar, VTB RİA Novosti-yə bildirib. Aprelin 2-də Milli Ödəniş Kartı Sistemi (NPC) Qırğızıstanın Elkart ödəniş sistemindən aprelin 3-dən Mir ödəniş sistemi ilə işin dayandırılması barədə rəsmi bildiriş alıb. Martın 30-dan isə Ermənistanın ödəniş sistemi "Mir" kartlarına xidmət göstərməyi dayandırıb. Hər iki halda səbəb ikinci dərəcəli sanksiyaların riskləri olub. Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova bildirib ki, Rusiya Bankı orada bankomat şəbəkəsini genişləndirmək üçün Mir kartlarından imtina etmiş ölkələrdə fəaliyyət göstərən Rusiya bankları ilə işləyir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42009/39/420093943_111:0:1000:667_1920x0_80_0_0_edc24934a74a5bb5111a2054f8b1d317.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qazaxıstan, "mir" ödəniş sistemi, kart
qazaxıstan, "mir" ödəniş sistemi, kart
Qazaxıstan Milli Bankı Mir kartı ilə işləməyi qadağan etməyib
Qazaxıstanın sistem əhəmiyyətli bankı Halyk Bankda ("Xalq Bankı") kart şöbəsinin əməkdaşı Rusiyanın "Mir" ödəniş sisteminin kartlarına xidmət göstərməkdən imtina etdiyini təsdiqləyib.
BAKI, 3 aprel — Sputnik. Qazaxıstan Milli Bankı ölkə banklarına Rusiyanın "Mir" ödəniş sisteminin kartlarının xidmətindən imtina etmək barədə tövsiyələr verməyib – onlar özləri bütün riskləri nəzərə alaraq qərar qəbul edirlər. Bu barədə Qazaxıstan Milli Bankının mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib.
"Bizim mövqeyimiz belədir: biz birinci dərəcəli bank olaraq ikinci dərəcəli bankların əməliyyat sisteminə qarışmırıq. Banklar kommersiya qurumları olaraq, konkret ödəniş sistemində iştirakla bağlı qərarları müstəqil qəbul edirlər. Bu, onların kommersiya maraqlarıdır. Onlar qarışıq xidmətlərə malik olmaqla risk və faydalarını özləri hesablayırlar", - mətbuat xidmətindən bildirilib.
Öz növbəsində, Qazaxıstanın sistem əhəmiyyətli bankı Halyk Bankda ("Xalq Bankı") kart şöbəsinin əməkdaşı bankın fevralın 27-dən etibarən Rusiyanın "Mir" ödəniş sisteminin kartlarına xidmət göstərməkdən imtina etdiyini təsdiqləyib. Həmin bankın zəng mərkəzinin operatoru isə RİA Novosti müxbiri ilə söhbətində bildirib ki, bu, Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara görədir.
Qazaxıstanın ən böyük banklarından biri olan CenterCredit 2024-cü ilin əvvəlindən Mir kartları ilə işləməyi dayandırıb. Bu məlumatı maliyyə qurumunun çağrı mərkəzi təsdiqləyib.
Eyni zamanda, VTB Qazaxıstanda Mir kartlarına tam həcmdə xidmət göstərməkdə davam edir, pulu bütün bankların bankomatlarından çıxarmaq olar, VTB RİA Novosti-yə bildirib.
Aprelin 2-də Milli Ödəniş Kartı Sistemi (NPC) Qırğızıstanın Elkart ödəniş sistemindən aprelin 3-dən Mir ödəniş sistemi ilə işin dayandırılması barədə rəsmi bildiriş alıb. Martın 30-dan isə Ermənistanın ödəniş sistemi "Mir" kartlarına xidmət göstərməyi dayandırıb. Hər iki halda səbəb ikinci dərəcəli sanksiyaların riskləri olub.
Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova bildirib ki, Rusiya Bankı orada bankomat şəbəkəsini genişləndirmək üçün Mir kartlarından imtina etmiş ölkələrdə fəaliyyət göstərən Rusiya bankları ilə işləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.