Moskva Seulun sanksiyalarına cavab verəcək - Rusiya XİN

© Sputnik / Владимир БарановRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Diplomat əlavə edib ki, Cənubi Koreyanın sanksiyaları Seulun qeyri-dost addımıdır və bu, dərin təəssüf doğurur.
BAKI, 3 aprel — Sputnik. Elvin Səlimov. Seulun Rusiya gəmilərinə qarşı sanksiyalar tətbiq etmək qərarı qeyri-dost addımdır; Moskva Cənubi Koreya hakimiyyətinin hərəkətlərinə cavab verəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Daha əvvəl Reuters qeyd edib ki, Cənubi Koreya Şimali Koreya ilə Rusiya arasında sursat daşıdığı iddia edilən iki Rusiya gəmisinə qarşı sanksiyalar tətbiq edəcək.
"Cavab biz həmişə etdiyimiz kimi veriləcək", - Zaxarova Seulun sanksiyalarını şərh edərkən qeyd edib.
Diplomat əlavə edib ki, Cənubi Koreyanın sanksiyaları Seulun qeyri-dost addımıdır və bu, dərin təəssüf doğurur.

"Qeyri-qanuni sanksiyaların tətbiqi Rusiya ilə münasibətlərə mənfi təsir göstərəcək", - o vurğulayıb.

Zaxarova xatırladıb ki, Rusiyanın KXDR ilə əməkdaşlığı beynəlxalq hüquqa zidd deyil və Moskva BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə sadiqdir.

"Biz Cənubi Koreya tərəfinin Koreya yarımadasında sanksiyalar və güclü təzyiq metodundan istifadə etməklə öz səmərəsizliyini göstərən problemlərin kompleks həlli cəhdlərindən məyus olduq. Bu, yalnız gərginliyin artmasına və iki ölkə arasında təbii əlaqələrin kəsilməsinə gətirib çıxarır. Son nəticədə bu, Koreya Respublikasının özünün təhlükəsizliyinə mənfi təsir göstərir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikirlərini tamamlayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0