https://sputnik.az/20240403/fransada-yuzlerle-muellim-ve-tehsil-iscisi-etiraz-aksiyasi-kecirir-463700850.html
Fransada yüzlərlə müəllim və təhsil işçisi etiraz aksiyası keçirir
Fransada yüzlərlə müəllim və təhsil işçisi etiraz aksiyası keçirir
Sputnik Azərbaycan
Həmkarlar ittifaqları sabiq milli təhsil naziri Qabriel Attalın ötən ilin dekabrında elan etdiyi tədbirlərə, xüsusən də kollecdə səviyyəli qrupların... 03.04.2024, Sputnik Azərbaycan
2024-04-03T18:37+0400
2024-04-03T18:37+0400
2024-04-03T18:37+0400
fransa
dünya xəbərləri
müəllim
təhsil
işçi
etiraz
https://cdnn1.img.sputnik.az/img/07e8/04/03/463700683_0:0:3072:1728_1920x0_80_0_0_14005641c8db46ca459181c570ee1f76.jpg
BAKI, 3 aprel — Sputnik. Parisdə yüzlərlə müəllim və təhsil işçisi Fransa hökumətinin elan etdiyi "bilik şoku" (choc des savoirs) islahatlarına qarşı nümayiş keçirərək narazılıqlarını ifadə ediblər. Bir neçə siyasi xadimin və üsyankar deputatların da qatıldığı nümayişdə "bilik şokuna yox", "Blanke cəhənnəm idi, Attal öldürücü olacaq" şüarları səsləndirilib. Müəllimlərin geniş miqyaslı səfərbərliyi xoşagəlməz islahatlara və iş şəraitinin pisləşməsinə etiraz etmək üçün bir neçə həmkarlar ittifaqı tərəfindən milli səviyyədə başlayıb. Bir sıra həmkarlar ittifaqlarının da dəstəklədiyi Nümayiş və əsasən orta məktəb müəllimlərinin həmkarlar ittifaqı olan "Snes-FSU"nun təşəbbüsü ilə keçirilib. Həmkarlar ittifaqları sabiq milli təhsil naziri Qabriel Attalın ötən ilin dekabrında elan etdiyi tədbirlərə, xüsusən də kollecdə səviyyəli qrupların yaradılmasına, yəni şagirdlərin çeşidlənməsi yolu ilə siniflərin təşkilinə etiraz edirlər. Onlar "çeşidləmə" kimi qəbul edilən qeyri-bərabər yanaşmanı pisləyir və bu islahatın effektiv həyata keçirilməsi üçün lazımi resursların olmadığını vurğulayırlar. Bundan əlavə, müəllimlər maaşların və dövlət məktəbləri üçün resursların artırılmasını tələb edirlər.Etirazlar Paris, Lion və Marsel kimi böyük şəhərlər də daxil olmaqla, bütün Fransaya yayılıb. Aksiyaları "Snes-FSU" saytında real vaxt rejimində izləmək olur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/03/463700683_211:0:2942:2048_1920x0_80_0_0_bb117842b606e7cf4e83997154b1b353.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, müəllim, təhsil, işçi, etiraz
fransa, müəllim, təhsil, işçi, etiraz
Fransada yüzlərlə müəllim və təhsil işçisi etiraz aksiyası keçirir
Həmkarlar ittifaqları sabiq milli təhsil naziri Qabriel Attalın ötən ilin dekabrında elan etdiyi tədbirlərə, xüsusən də kollecdə səviyyəli qrupların yaradılmasına, yəni şagirdlərin çeşidlənməsi yolu ilə siniflərin təşkilinə etiraz edirlər.
BAKI, 3 aprel — Sputnik. Parisdə yüzlərlə müəllim və təhsil işçisi Fransa hökumətinin elan etdiyi "bilik şoku" (choc des savoirs) islahatlarına qarşı nümayiş keçirərək narazılıqlarını ifadə ediblər.
Bir neçə siyasi xadimin və üsyankar deputatların da qatıldığı nümayişdə "bilik şokuna yox", "Blanke cəhənnəm idi, Attal öldürücü olacaq" şüarları səsləndirilib.
Müəllimlərin geniş miqyaslı səfərbərliyi xoşagəlməz islahatlara və iş şəraitinin pisləşməsinə etiraz etmək üçün bir neçə həmkarlar ittifaqı tərəfindən milli səviyyədə başlayıb. Bir sıra həmkarlar ittifaqlarının da dəstəklədiyi Nümayiş və əsasən orta məktəb müəllimlərinin həmkarlar ittifaqı olan "Snes-FSU"nun təşəbbüsü ilə keçirilib.
Həmkarlar ittifaqları sabiq milli təhsil naziri Qabriel Attalın ötən ilin dekabrında elan etdiyi tədbirlərə, xüsusən də kollecdə səviyyəli qrupların yaradılmasına, yəni şagirdlərin çeşidlənməsi yolu ilə siniflərin təşkilinə etiraz edirlər. Onlar "çeşidləmə" kimi qəbul edilən qeyri-bərabər yanaşmanı pisləyir və bu islahatın effektiv həyata keçirilməsi üçün lazımi resursların olmadığını vurğulayırlar.
Bundan əlavə, müəllimlər maaşların və dövlət məktəbləri üçün resursların artırılmasını tələb edirlər.
"Bizim bütün tələbələrimizə fərq qoymadan keyfiyyətli təhsil vermək üçün adekvat dəstəyə ehtiyacımız var", - həmkarlar ittifaqlarının bəyanatda qeyd olunur.
Etirazlar Paris, Lion və Marsel kimi böyük şəhərlər də daxil olmaqla, bütün Fransaya yayılıb. Aksiyaları "Snes-FSU" saytında real vaxt rejimində izləmək olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.