https://sputnik.az/20240403/erdogan-raqa-ve-abs-a-sefer-edecek-463693422.html
Ərdoğan İraqa və ABŞ-a səfər edəcək
Ərdoğan İraqa və ABŞ-a səfər edəcək
Sputnik Azərbaycan
On iki ildən sonra bu ilin fevralında Qahirəyə gedən Ərdoğan Sisi ilə görüşüb və onu Türkiyəyə dəvət edib. 03.04.2024, Sputnik Azərbaycan
2024-04-03T20:32+0400
2024-04-03T20:32+0400
2024-04-03T20:32+0400
rəcəb tayyip ərdoğan
dünya xəbərləri
iraq
səfər
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461275989_0:161:3071:1888_1920x0_80_0_0_d553ca8ea9e2fed61df12afdb5ea7063.jpg
BAKI, 3 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan aprelin 22-də İraqa, mayın 9-da isə ABŞ-a səfər edəcək. Hər iki görüşdə ikitərəfli əlaqələr və terrorla mübarizə sahəsində əməkdaşlıq müzakirə olunacaq. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Yerli seçkilər başa çatdıqdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın intensiv diplomatiya proqramı başlayıb. Bu çərçivədə müxtəlif dünya liderləri ilə görüşəcək Rəcəb Tayyib Ərdoğan müxtəlif mövzular üzrə danışıqlar aparacaq. Əldə edilən məlumata görə, fevral ayında baş tutacaq görüş təxirə salındıqdan sonra Rusiya prezidenti Vladimir Putin aprel ayında prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək. Həmin ay Misir prezidenti Əbdülfəttah əs-Sisi də Ankaraya səfər edəcək. 12 ildən sonra bu ilin fevralında Qahirəyə gedən Ərdoğan Sisi ilə görüşüb və onu Türkiyəyə dəvət edib. Sisi 12 ildən sonra dönüş nöqtəsi olacağı təxmin edilən görüş dəvətinə "səbirsizliklə gözləyirəm" deyərək cavab verib. Yunanıstanla görüş Digər tərəfdən Almaniya prezidenti Frank-Valter Ştaynmayerin aprelin sonunda Türkiyəyə gələcəyi gözlənilir və bu səfərin 10 ildən sonra reallaşması böyük əhəmiyyət kəsb edir. Mayda Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyəyə gələcək. Ötən ilin dekabrında Ərdoğanla səfəri zamanı iki ölkə arasında istiləşmə dövrü başlayıb və Yunan adaları üçün viza müraciətinə başlanılıb. İndi yeni proseslərin baş verəcəyi gözlənilir. Aprel ayında İraqa kritik səfər! Prezident Ərdoğanın aprel ayında İraqa səfəri böyük əhəmiyyət kəsb edir. Türkiyə-İraq Təhlükəsizlik Mexanizmi Görüşündən sonra İraq PKK terror təşkilatını qadağan olunmuş təşkilat olaraq təyin edərək tarixi bir addım atıb. Bu mühüm addımdan sonra Ərdoğanın iki ölkə arasında separatçı terror təşkilatına qarşı əməliyyatın başlaması ilə bağlı danışıqlar aparacağı təxmin edilir. Türkiyə terror təşkilatı PKK-nın İraqda dəstəyinin qarşısını almağı hədəfləyir və ortaq əməliyyat mərkəzi yaratmaq üçün təmaslarını davam etdirir. Bundan əlavə, İraq səfəri zamanı terrorla mübarizə ilə yanaşı, su, kənd təsərrüfatı və sərhəd giriş məntəqələri kimi müxtəlif işbirliklərinin həyata keçirilməsi gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461275989_170:0:2901:2048_1920x0_80_0_0_3fee78e428f7e1b29ef9f7a712602da6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rəcəb tayyip ərdoğan, iraq, səfər
rəcəb tayyip ərdoğan, iraq, səfər
Ərdoğan İraqa və ABŞ-a səfər edəcək
On iki ildən sonra bu ilin fevralında Qahirəyə gedən Ərdoğan Sisi ilə görüşüb və onu Türkiyəyə dəvət edib.
BAKI, 3 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan aprelin 22-də İraqa, mayın 9-da isə ABŞ-a səfər edəcək. Hər iki görüşdə ikitərəfli əlaqələr və terrorla mübarizə sahəsində əməkdaşlıq müzakirə olunacaq. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Yerli seçkilər başa çatdıqdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın intensiv diplomatiya proqramı başlayıb. Bu çərçivədə müxtəlif dünya liderləri ilə görüşəcək Rəcəb Tayyib Ərdoğan müxtəlif mövzular üzrə danışıqlar aparacaq. Əldə edilən məlumata görə, fevral ayında baş tutacaq görüş təxirə salındıqdan sonra Rusiya prezidenti Vladimir Putin aprel ayında prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək. Həmin ay Misir prezidenti Əbdülfəttah əs-Sisi də Ankaraya səfər edəcək.
12 ildən sonra bu ilin fevralında Qahirəyə gedən Ərdoğan Sisi ilə görüşüb və onu Türkiyəyə dəvət edib. Sisi 12 ildən sonra dönüş nöqtəsi olacağı təxmin edilən görüş dəvətinə "səbirsizliklə gözləyirəm" deyərək cavab verib.
Digər tərəfdən Almaniya prezidenti Frank-Valter Ştaynmayerin aprelin sonunda Türkiyəyə gələcəyi gözlənilir və bu səfərin 10 ildən sonra reallaşması böyük əhəmiyyət kəsb edir. Mayda Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyəyə gələcək. Ötən ilin dekabrında Ərdoğanla səfəri zamanı iki ölkə arasında istiləşmə dövrü başlayıb və Yunan adaları üçün viza müraciətinə başlanılıb. İndi yeni proseslərin baş verəcəyi gözlənilir.
Aprel ayında İraqa kritik səfər!
Prezident Ərdoğanın aprel ayında İraqa səfəri böyük əhəmiyyət kəsb edir. Türkiyə-İraq Təhlükəsizlik Mexanizmi Görüşündən sonra İraq PKK terror təşkilatını qadağan olunmuş təşkilat olaraq təyin edərək tarixi bir addım atıb. Bu mühüm addımdan sonra Ərdoğanın iki ölkə arasında separatçı terror təşkilatına qarşı əməliyyatın başlaması ilə bağlı danışıqlar aparacağı təxmin edilir.
Türkiyə terror təşkilatı PKK-nın İraqda dəstəyinin qarşısını almağı hədəfləyir və ortaq əməliyyat mərkəzi yaratmaq üçün təmaslarını davam etdirir. Bundan əlavə, İraq səfəri zamanı terrorla mübarizə ilə yanaşı, su, kənd təsərrüfatı və sərhəd giriş məntəqələri kimi müxtəlif işbirliklərinin həyata keçirilməsi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.