Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Daha bir məktəbdə şagirdlər bir-birinə xəsarət yetirdi

© iStock.com / KatarzynaBialasiewiczBullinq, arxiv
Bullinq, arxiv - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Abunə olmaq
Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib.
BAKI, 3 aprel — Sputnik. Aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin biri-birinə xəsarət yetirməsi) yaranıb.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.

"Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - idarədən bildirilib.

Xatırladaq ki, bundan öncə Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakıda yerləşən 23 saylı məktəbdə 7-ci sinif şagirdi olan qız sinif yoldaşı olan oğlanı bıçaqlaması ilə bağlı faktı təsdiqləyib.

"Aprel ayının 1-də 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb. Məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar. Baş vermiş hadisə Agentliyin nəzarətində saxlanılır. Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Qeyd edək ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilmiş və evə buraxılıblar. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir", - Agentlikdən bildirilib.

Həmçinin qeyd olunub ki, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və "Məktəblinin dostu"nun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır:

"Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

Xatırladaq ki, Bakıda məktəbli qızın oğlana boğaz nahiyəsindən xəsarət yetirdiyi barədə xəbər yayılıb. Bu hadisə övladları həmin məktəbdə təhsil alan valideynlərin narahatlığına səbəb olub. Valideynlərin sözlərinə görə, hadisəyə səbəb onlar arasında yaranan mübahisə olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0