https://sputnik.az/20240403/bas-prokurorluqdan-ehmedle-bagli-daha-bir-aciqlama--463706573.html
Baş Prokurorluqdan Əhmədlə bağlı daha bir açıqlama
Baş Prokurorluqdan Əhmədlə bağlı daha bir açıqlama
Sputnik Azərbaycan
Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov da müdafiə etdiyi şəxsin belə bir ifadə vermədiyini söyləyib 03.04.2024, Sputnik Azərbaycan
2024-04-03T17:54+0400
2024-04-03T17:54+0400
2024-04-03T17:54+0400
cəmiyyət
qətl
açıqlama
baş prokurorluq
https://cdnn1.img.sputnik.az/img/40941/00/409410040_0:83:2001:1208_1920x0_80_0_0_6db990122ab8dc69c503cf83b7e150a1.jpg
BAKI, 3 aprel - Sputnik. Baş Prokurorluq 5 nəfər ailə üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun mediada yayılmış ifadəsi ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, yayılan ifadə həqiqətə uyğun deyil:Baş Prokurorluq dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edib.Sputnik Azərbaycan-a açıqlamasında Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov da müdafiə etdiyi şəxsin belə bir ifadə vermədiyini söyləyib. O, Əhmədin vəziyyəti ilə bağlı heç bir məlumat vermək istəmədiyini söyləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240625/ailesinin-5-uzvunu-qetle-yetiren-ehmed-ehmedov-psixiatriya-xestexanasina-kocurulecek-462802245.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40941/00/409410040_138:0:1861:1292_1920x0_80_0_0_34ecd5ce5acc4fabf9e37370115e2b5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qətl, açıqlama, baş prokurorluq
qətl, açıqlama, baş prokurorluq
Baş Prokurorluqdan Əhmədlə bağlı daha bir açıqlama
Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov da müdafiə etdiyi şəxsin belə bir ifadə vermədiyini söyləyib
BAKI, 3 aprel - Sputnik. Baş Prokurorluq 5 nəfər ailə üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun mediada yayılmış ifadəsi ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, yayılan ifadə həqiqətə uyğun deyil:
“Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb. İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur. Qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai rayon prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir”.
Baş Prokurorluq dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edib.
Sputnik Azərbaycan-a açıqlamasında Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov da müdafiə etdiyi şəxsin belə bir ifadə vermədiyini söyləyib. O, Əhmədin vəziyyəti ilə bağlı heç bir məlumat vermək istəmədiyini söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.