https://sputnik.az/20240403/azerbaycan-ranin-sraille-munasibetlerinde-vasiteci-ola-biler---deputat-463700499.html
Azərbaycan İranın İsraillə münasibətlərində vasitəçi ola bilər - Deputat
Azərbaycan İranın İsraillə münasibətlərində vasitəçi ola bilər - Deputat
Sputnik Azərbaycan
İranlı siyasətçinin aqressiv açıqlaması rəsmi Bakı və Tehran arasında son dövrlərlə münasibətlərin normallaşmasına vurulan zərbə kimi şərh olunur. 03.04.2024, Sputnik Azərbaycan
2024-04-03T18:10+0400
2024-04-03T18:10+0400
2024-04-04T11:27+0400
israil
siyasət
iran
deputat
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_0:0:3001:1688_1920x0_80_0_0_2750366373f35a1ea63b68b43d7012a7.jpg
BAKI, 3 aprel — Sputnik. İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumundan sonra İran parlamentinin üzvü Cəlal Rəşidi Koçi qəribə təklif irəli sürüb. Koçi "X" sosial şəbəkəsində yazıb ki, Sionistlərin hər hansı ad altında İran torpağına hücumuna qəti və oxşar cavabın gecikdirilməsi İranın nüfuz və şərəfinə vurulan ağır zərbədir.Qeyd edək ki, İsrail tərəfi bildirir ki, İranın Suriyadakı konsulluğuna hücum etməyib. Zərbənin SEPAH-ın Qüds briqadasının istifadə etdiyi hərbi hədəfə endirildiyi qeyd edilir. İranlı parlamentarinin bu açıqlaması rəsmi Bakı və Tehran arasında son dövrlərlə münasibətlərin normallaşmasına vurulan zərbə kimi şərh olunur. Mövzunu millət vəkili Aydın Mirzəzadə və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a şərh edib. Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, İran parlamentarisinin belə bir fikri ən azından öz ölkəsində qınağa səbəb olmalıdır:Millət vəkili deyir ki, Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin olunub:Politoloq İlyas Hüseynov isə hesab edir ki, bu gün Yaxın Şərqdə cərəyan edən dəhşətli müharibə müxtəlif ssenarilər üzrə inkişaf edir:"Proksi qüvvələrin fəallığı hiss olunur. Eyni zamanda İranın Suriyadakı konsulluğunun vurulması müharibədə yeni bir mərhələni yaradıb. Politoloq deyir ki, iranlı keçmiş deputatın məlum çağırışını anlamaq mümkün deyil: "Bu gün Azərbaycan və İran arasında olan münasibətlərdə gərginliyin yaradılmasının səbəbkarı İrandır. Tehrandakı Azərbaycan səfirliyinə edilən qanlı terorr hücumun araşdırması ilə bağlı suallar qalmaqdadır. Terrorçuya ağır cəzanın elan edilməsi də münasibətlərdə yaxınlaşmanı formalaşdırmayıb, səfirliyimiz fəaliyyətini bərpa etməyib. Münasibətlərin normallaşdırılması üçün addımlar atılsa da, konkret nəticələr yoxdur".Politoloq hesab edir ki, yaranmış vəziyyətdə Bakıdakı İsrail səfirliyinə zərbə endirməklə bağlı çağırış çox təhlükəlidir:"Hesab edirəm ki, həmin siyasətçiyə qarşı xüsusi tənbeh tədbiri görülməlidir. Çünki biz öz ərazimizdən heç vaxt İrana qarşı istifadə etməmişik. Qərbin Azərbaycana təzyiqlərinə rəğmən İranı hədəfə almamışıq. Bunun fonunda Azərbaycanı hədəfə almaq məntiqdən kənardır, heç bir reallığı özündə əks etdirmir. İranla İsrail ixtilaflarını öz aralarında, o cümlədən Azərbaycan ərazisindən kənarda həll etməlidirlər. Azərbaycan öz ərazisinin poliqona çevrilməsinə icazə verməyəcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_202:0:2745:1907_1920x0_80_0_0_ca0c7a016062b5cda6f0955e86298a23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
israil, iran, deputat
Azərbaycan İranın İsraillə münasibətlərində vasitəçi ola bilər - Deputat
18:10 03.04.2024 (Yenilənib: 11:27 04.04.2024) İranlı siyasətçinin aqressiv açıqlaması rəsmi Bakı və Tehran arasında son dövrlərlə münasibətlərin normallaşmasına vurulan zərbə kimi şərh olunur.
BAKI, 3 aprel — Sputnik. İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumundan sonra İran parlamentinin üzvü Cəlal Rəşidi Koçi qəribə təklif irəli sürüb. Koçi "X" sosial şəbəkəsində yazıb ki, Sionistlərin hər hansı ad altında İran torpağına hücumuna qəti və oxşar cavabın gecikdirilməsi İranın nüfuz və şərəfinə vurulan ağır zərbədir.
"Mənim təklifim odur ki, region ölkələrinin birində, daha yaxşı olar ki, Azərbaycanda olan sionist diplomatik mərkəzlərdən birinə açıq və birbaşa hücum edək" - Koçi yazıb.
Qeyd edək ki, İsrail tərəfi bildirir ki, İranın Suriyadakı konsulluğuna hücum etməyib. Zərbənin SEPAH-ın Qüds briqadasının istifadə etdiyi hərbi hədəfə endirildiyi qeyd edilir.
İranlı parlamentarinin bu açıqlaması rəsmi Bakı və Tehran arasında son dövrlərlə münasibətlərin normallaşmasına vurulan zərbə kimi şərh olunur.
Mövzunu millət vəkili Aydın Mirzəzadə və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a şərh edib.
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, İran parlamentarisinin belə bir fikri ən azından öz ölkəsində qınağa səbəb olmalıdır:
"İranın İsraillə problemləri var, ancaq bunu diplomatiya yolu həll etmək olar. Nədən üçüncü bir ölkə bu prosesə cəlb olunmağa çalışılır? Ötən ilin fevralında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu İranın radikal dairələri üçün dərs olmadımı? Bir ildən artıqdır ki, Azərbaycanın Tehrandakı səfirliyi bağlanıb və İran tərəfi vaxtaşırı səfirliyin açılmasını xahiş edir. Bu cür çıxışlar yolverilməzdir. Hesab edirəm ki, İranın parlament rəhbərliyi və müvafiq dairələri buna reaksiya verməlidirlər".
Millət vəkili deyir ki, Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin olunub:
"Bu həm vətəndaşlarımıza, həm də xarici ölkənin nümayəndəliklərinə aiddir. Onlara qarşı hər hansı bir təhdididn mümkün olması qeyri-mümkündür. Təhlükəsizlik sistemimizin yüksək səviyyədə olması bütün bunları istisna edir. İranın israillə problemləri öz işidir. Azərbaycanın İsraillə normal münasibətləri var və əgər İran arzu edərsə, Azərbaycanın İranın İsraillə münasibətlərində vasitəçi ola bilər".
Politoloq İlyas Hüseynov isə hesab edir ki, bu gün Yaxın Şərqdə cərəyan edən dəhşətli müharibə müxtəlif ssenarilər üzrə inkişaf edir:
"Proksi qüvvələrin fəallığı hiss olunur. Eyni zamanda İranın Suriyadakı konsulluğunun vurulması müharibədə yeni bir mərhələni yaradıb.
Politoloq deyir ki, iranlı keçmiş deputatın məlum çağırışını anlamaq mümkün deyil:
"Bu gün Azərbaycan və İran arasında olan münasibətlərdə gərginliyin yaradılmasının səbəbkarı İrandır. Tehrandakı Azərbaycan səfirliyinə edilən qanlı terorr hücumun araşdırması ilə bağlı suallar qalmaqdadır. Terrorçuya ağır cəzanın elan edilməsi də münasibətlərdə yaxınlaşmanı formalaşdırmayıb, səfirliyimiz fəaliyyətini bərpa etməyib. Münasibətlərin normallaşdırılması üçün addımlar atılsa da, konkret nəticələr yoxdur".
Politoloq hesab edir ki, yaranmış vəziyyətdə Bakıdakı İsrail səfirliyinə zərbə endirməklə bağlı çağırış çox təhlükəlidir:
"Hesab edirəm ki, həmin siyasətçiyə qarşı xüsusi tənbeh tədbiri görülməlidir. Çünki biz öz ərazimizdən heç vaxt İrana qarşı istifadə etməmişik. Qərbin Azərbaycana təzyiqlərinə rəğmən İranı hədəfə almamışıq. Bunun fonunda Azərbaycanı hədəfə almaq məntiqdən kənardır, heç bir reallığı özündə əks etdirmir. İranla İsrail ixtilaflarını öz aralarında, o cümlədən Azərbaycan ərazisindən kənarda həll etməlidirlər. Azərbaycan öz ərazisinin poliqona çevrilməsinə icazə verməyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.