https://sputnik.az/20240403/abs-in-ran-uzre-xususi-numayendesi-revan-tbilisi-ve-bakida-olub-neler-muzakire-edilib-463662153.html
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi İrəvan, Tbilisi və Bakıda olub: nələr müzakirə edilib?
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi İrəvan, Tbilisi və Bakıda olub: nələr müzakirə edilib?
Sputnik Azərbaycan
Xüsusi nümayəndə Azərbaycanda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb. 03.04.2024, Sputnik Azərbaycan
2024-04-03T10:45+0400
2024-04-03T10:45+0400
2024-04-03T10:45+0400
abş
dünya xəbərləri
ermənistan
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e8/04/02/463661970_0:784:2048:1936_1920x0_80_0_0_be36d5f55deb7a29f8b4bc68a1a4585c.jpg
BAKI, 3 aprel — Sputnik. ABŞ-ın İran üzrə xüsusi elçisi Abraham Paley Cənubi Qafqaz ölkələrinə səfər edib və X sosial şəbəkəsində səfərinin nəticələrindən yazıb. Video və foto materialların xronologiyasına əsasən, amerikalı diplomat əvvəlcə Ermənistana səfər edib, daha sonra Gürcüstan və Azərbaycana səfərlə turunu tamamlayıb. İrəvan və Tbilisiyə səfərindən sonra o, mikrobloqunda İrana qarşı sanksiyalara əməl olunması və “İran rejiminin sabitliyi pozan davranış probleminin” həlli istiqamətində davam edən səyləri müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüyünü bildirib. Xüsusi elçi Ermənistanda Təhlükəsizlik Şurasının, Dövlət Gəlirləri Komitəsinin, Mərkəzi Bankın və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb. Xüsusi nümayəndə Azərbaycanda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, bank sektorunun nümayəndələri, ABŞ səfiri Mark Libbi və İsrailin Bakıdakı səfiri Corc Dik ilə görüşlər keçirib. O, Bakıda keçirilən görüşləri İrana sanksiyaların tətbiqi və regiondakı vəziyyətlə bağlı səmərəli müzakirələr adlandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/02/463661970_0:316:2048:1852_1920x0_80_0_0_0d4b01db14c6687194e6d718f1cd5b94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, ermənistan, cənubi qafqaz
abş, ermənistan, cənubi qafqaz
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi İrəvan, Tbilisi və Bakıda olub: nələr müzakirə edilib?
Xüsusi nümayəndə Azərbaycanda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.
BAKI, 3 aprel — Sputnik. ABŞ-ın İran üzrə xüsusi elçisi Abraham Paley Cənubi Qafqaz ölkələrinə səfər edib və X sosial şəbəkəsində səfərinin nəticələrindən yazıb. Video və foto materialların xronologiyasına əsasən, amerikalı diplomat əvvəlcə Ermənistana səfər edib, daha sonra Gürcüstan və Azərbaycana səfərlə turunu tamamlayıb.
İrəvan və Tbilisiyə səfərindən sonra o, mikrobloqunda İrana qarşı sanksiyalara əməl olunması və “İran rejiminin sabitliyi pozan davranış probleminin” həlli istiqamətində davam edən səyləri müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüyünü bildirib.
"Amerika Birləşmiş Ştatları regiona müsbət baxışı təşviq etmək üçün tərəfdaşları ilə işləməyə sadiqdir", - Paley deyib.
Xüsusi elçi Ermənistanda Təhlükəsizlik Şurasının, Dövlət Gəlirləri Komitəsinin, Mərkəzi Bankın və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.
Xüsusi nümayəndə Azərbaycanda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, bank sektorunun nümayəndələri, ABŞ səfiri Mark Libbi və İsrailin Bakıdakı səfiri Corc Dik ilə görüşlər keçirib.
O, Bakıda keçirilən görüşləri İrana sanksiyaların tətbiqi və regiondakı vəziyyətlə bağlı səmərəli müzakirələr adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.