https://sputnik.az/20240402/turkiyede-hakim-partiya-teqaudculere-gore-seckilerde-meglub-olub---kv-463665460.html
Türkiyədə hakim partiya təqaüdçülərə görə seçkilərdə məğlub olub - KİV
Türkiyədə hakim partiya təqaüdçülərə görə seçkilərdə məğlub olub - KİV
Sputnik Azərbaycan
Bəzi pensiyaçıların seçki məntəqələrinə gəlməməsi səsvermədə fəallığın az olmasının səbəblərindən biri kimi göstərilir. 02.04.2024, Sputnik Azərbaycan
2024-04-02T16:19+0400
2024-04-02T16:19+0400
2024-04-02T16:19+0400
türkiyə
dünya xəbərləri
akp
akp
təqaüdçü
pensiyaçı
seçkilər
seçkilər
bələdiyyə
https://cdnn1.img.sputnik.az/img/07e8/04/02/463655732_0:0:3072:1728_1920x0_80_0_0_6b6140d46d9629e03efe07123a17dbc0.jpg
BAKI, 2 aprel — Sputnik. Türkiyədə hakim partiya təqaüdçülərə görə yerli seçkilərdə məğlub olub. Bu barədə Hürriyyət qəzeti yazıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl etiraf edib ki, hakim Ədalət və İnkişaf Partiyası yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istənilən nəticəni əldə edə bilməyib, nəticələr təhlil olunacaq. "Bu seçkilər təqaüdçü bayrağı altında keçirildi. Dolanışığındakı problemlərdən çox narahat olan təqaüdçülər müxalifətə səs verdilər və hökumətə xəbərdarlıq etdilər. Pensiyaçılar hakim partiyanın (AK Parti) təbii dəstəyi idi. Dövlət qulluqçularının maaşlarının şişirdilmiş artımından sonra onların ədalət hissi incinmişdi", - nəşr yazır. Bəzi pensiyaçıların seçki məntəqələrinə gəlməməsi səsvermədə fəallığın az olmasının səbəblərindən biri kimi göstərilir. Martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) geridə qoyur. Böyük şəhərlərin - Ankara, İstanbul və İzmirin müxalif bələdiyyə sədrləri öz postlarını saxlayıblar. Ekspertlər hakim komandanın uğursuzluğunun səbəbi kimi ölkədəki ağır iqtisadi vəziyyəti göstəriblər, onların proqnozlarına görə, bu uğur fonunda müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/02/463655732_165:0:2896:2048_1920x0_80_0_0_768bddfa4cb85d3278cd8b60163e0982.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, akp, akp, təqaüdçü, pensiyaçı, seçkilər, seçkilər, bələdiyyə
türkiyə, akp, akp, təqaüdçü, pensiyaçı, seçkilər, seçkilər, bələdiyyə
Türkiyədə hakim partiya təqaüdçülərə görə seçkilərdə məğlub olub - KİV
Bəzi pensiyaçıların seçki məntəqələrinə gəlməməsi səsvermədə fəallığın az olmasının səbəblərindən biri kimi göstərilir.
BAKI, 2 aprel — Sputnik. Türkiyədə hakim partiya təqaüdçülərə görə yerli seçkilərdə məğlub olub. Bu barədə Hürriyyət qəzeti yazıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl etiraf edib ki, hakim Ədalət və İnkişaf Partiyası yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istənilən nəticəni əldə edə bilməyib, nəticələr təhlil olunacaq.
"Bu seçkilər təqaüdçü bayrağı altında keçirildi. Dolanışığındakı problemlərdən çox narahat olan təqaüdçülər müxalifətə səs verdilər və hökumətə xəbərdarlıq etdilər. Pensiyaçılar hakim partiyanın (AK Parti) təbii dəstəyi idi. Dövlət qulluqçularının maaşlarının şişirdilmiş artımından sonra onların ədalət hissi incinmişdi", - nəşr yazır.
Bəzi pensiyaçıların seçki məntəqələrinə gəlməməsi səsvermədə fəallığın az olmasının səbəblərindən biri kimi göstərilir.
Martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) geridə qoyur. Böyük şəhərlərin - Ankara, İstanbul və İzmirin müxalif bələdiyyə sədrləri öz postlarını saxlayıblar. Ekspertlər hakim komandanın uğursuzluğunun səbəbi kimi ölkədəki ağır iqtisadi vəziyyəti göstəriblər, onların proqnozlarına görə, bu uğur fonunda müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edə bilər.