CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə Tofiq Yaqublu barədə qərar verib

© Photo : REPORTTofiq Yaqublu, arxiv şəkli
Tofiq Yaqublu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Abunə olmaq
Məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
BAKI, 2 aprel — Sputnik. Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublu barədə qərar qəbul olunub.
“Report” xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və təmin edilməyib.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.
12.01.22
Tofiq Yaqublunun fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında aparılan araşdırma yekunlaşıb.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu "Fəvvarələr meydanı" adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bildirilir ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanan material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib.
Xəbər lenti
0