https://sputnik.az/20240402/tacikistanda-crocus-terroru-ile-bagli-doqquz-nefer-saxlanilib-463591094.html
“Crocus”da törədilən terrordan sonra 69 Qırğız vətəndaşının Rusiyaya girişi qadağan edilib
“Crocus”da törədilən terrordan sonra 69 Qırğız vətəndaşının Rusiyaya girişi qadağan edilib
Sputnik Azərbaycan
Qırğız Respublikası Xarici işlər nazirinin müavini deyib ki, Rusiya, təhlükə kimi gördüyü əcnəbiləri ölkəyə buraxmamaq hüququna malikdir 02.04.2024, Sputnik Azərbaycan
2024-04-02T00:55+0400
2024-04-02T00:55+0400
2024-04-02T10:37+0400
"crocus city"də terror aktı
rusiya
fövqəladə hallar nazirliyi
crocus city
crocus city hall
terror
tacikistan
düşənbə
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e8/03/1d/463587169_0:0:2802:1577_1920x0_80_0_0_99f713db64593d709e249bfc2587c03e.jpg
BAKI, 02 aprel — Sputnik.“Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib.Bunu Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında deyib.“Martın 23-dən qırğızıstanlılar Moskva hava limanlarından vətənlərinə qayıdıblar. Bəziləri qara siyahıya salınıb. Rusiya, təhlükə kimi gördüyü əcnəbiləri ölkəyə buraxmamaq hüququna malikdir” - o, bildirib.29.03.24, 17:22Tacikistanda "Crocus" terroru ilə bağlı doqquz nəfər saxlanılıbMoskva vilayətindəki "Crocus City Hall"da terror aktını törədənlərlə əlaqə olmaqda şübhəli bilinən doqquz nəfər saxlanılıb. Bu barədə Tacikistanın xüsusi xidmət orqanlarındakı mənbə RİA Novosti-yə bildirib. "Martın 22-də Crocus City Hall-da terror aktını törədən şəxslərlə əlaqədə və İŞİD* terror təşkilatı ilə əlaqədə olan Vəhdət rayonunun 9 sakini saxlanılıb", agentliyin həmsöhbəti bildirib. Daha əvvəl RİA Novosti-nin Tacikistanın təhlükəsizlik güclərindəki mənbəsi bildirmişdi ki, Düşənbədə "Crocus"da terror aktı törətməkdə şübhəli bilinən şəxslərin Tacikistan vətəndaşları olan qohumları ilə istintaq tədbirləri aparılır. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin hamısı Rusiyaya getməzdən əvvəl Düşənbə yaxınlığında - Vəhdət, Hisar şəhərlərində və Rudəki rayonunda yaşayıblar. Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da konsertdən əvvəl atışma və yanğın baş verib. Hadisənin şahidi olan RİA Novosti müxbirinin verdiyi məlumata görə, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxularaq, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub. Martın iyirmi dördü Rusiyada ümummilli matəm günü elan edilib. Martın 23-də Bryansk vilayətində terror aktını törədən 4 nəfər saxlanılıb. Rusiya prezidenti Vladimir Putin terrorçuların qaçmağa çalışdıqlarını və Ukrayna tərəfində sərhədi keçmələri üçün "pəncərə"nin hazırlandığı Ukraynaya doğru irəlilədiklərini söyləyib. Moskva məhkəməsi onları həbs edib, onlar Dalerjon Mirzoev, Murodali Racabalizoda, Faridun Şamsiddin və Muhammadsobir Fayzovdur. Rusiya Prezidenti qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir. Onun sözlərinə görə, terror aktını radikal islamçılar həyata keçirib. FTX-nin direktoru Aleksandr Bortnikov qeyd edib ki, bu terror aktını islamçılar tək hazırlaya bilməz, onlara kömək edilib. O qeyd edib ki, saxlanılanların ilkin məlumatları Ukraynanın izini təsdiqləyir və Rusiya xüsusi xidmət orqanları terror aktının arxasında ABŞ, Britaniya və Ukraynanın dayandığını düşünür.* Rusiya və Tacikistanda qadağan olunmuş terrorçu təşkilat
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/1d/463587169_71:0:2802:2048_1920x0_80_0_0_df912bf49320dd43a02d832d94bb14db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, fövqəladə hallar nazirliyi, crocus city, crocus city hall , terror, tacikistan, düşənbə, ukrayna
rusiya, fövqəladə hallar nazirliyi, crocus city, crocus city hall , terror, tacikistan, düşənbə, ukrayna
“Crocus”da törədilən terrordan sonra 69 Qırğız vətəndaşının Rusiyaya girişi qadağan edilib
00:55 02.04.2024 (Yenilənib: 10:37 02.04.2024) Qırğız Respublikası Xarici işlər nazirinin müavini deyib ki, Rusiya, təhlükə kimi gördüyü əcnəbiləri ölkəyə buraxmamaq hüququna malikdir
BAKI, 02 aprel — Sputnik.“Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib.
Bunu Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında deyib.
“Martın 23-dən qırğızıstanlılar Moskva hava limanlarından vətənlərinə qayıdıblar. Bəziləri qara siyahıya salınıb. Rusiya, təhlükə kimi gördüyü əcnəbiləri ölkəyə buraxmamaq hüququna malikdir” - o, bildirib.
Tacikistanda "Crocus" terroru ilə bağlı doqquz nəfər saxlanılıb
Moskva vilayətindəki "Crocus City Hall"da terror aktını törədənlərlə əlaqə olmaqda şübhəli bilinən doqquz nəfər saxlanılıb. Bu barədə Tacikistanın xüsusi xidmət orqanlarındakı mənbə RİA Novosti-yə bildirib.
"Martın 22-də Crocus City Hall-da terror aktını törədən şəxslərlə əlaqədə və İŞİD* terror təşkilatı ilə əlaqədə olan Vəhdət rayonunun 9 sakini saxlanılıb", agentliyin həmsöhbəti bildirib.
Daha əvvəl RİA Novosti-nin Tacikistanın təhlükəsizlik güclərindəki mənbəsi bildirmişdi ki, Düşənbədə "Crocus"da terror aktı törətməkdə şübhəli bilinən şəxslərin Tacikistan vətəndaşları olan qohumları ilə istintaq tədbirləri aparılır. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin hamısı Rusiyaya getməzdən əvvəl Düşənbə yaxınlığında - Vəhdət, Hisar şəhərlərində və Rudəki rayonunda yaşayıblar.
Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da konsertdən əvvəl atışma və yanğın baş verib. Hadisənin şahidi olan RİA Novosti müxbirinin verdiyi məlumata görə, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxularaq, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar.
Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub. Martın iyirmi dördü Rusiyada ümummilli matəm günü elan edilib.
Martın 23-də Bryansk vilayətində terror aktını törədən 4 nəfər saxlanılıb. Rusiya prezidenti Vladimir Putin terrorçuların qaçmağa çalışdıqlarını və Ukrayna tərəfində sərhədi keçmələri üçün "pəncərə"nin hazırlandığı Ukraynaya doğru irəlilədiklərini söyləyib. Moskva məhkəməsi onları həbs edib, onlar Dalerjon Mirzoev, Murodali Racabalizoda, Faridun Şamsiddin və Muhammadsobir Fayzovdur.
Rusiya Prezidenti qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir. Onun sözlərinə görə, terror aktını radikal islamçılar həyata keçirib. FTX-nin direktoru Aleksandr Bortnikov qeyd edib ki, bu terror aktını islamçılar tək hazırlaya bilməz, onlara kömək edilib. O qeyd edib ki, saxlanılanların ilkin məlumatları Ukraynanın izini təsdiqləyir və Rusiya xüsusi xidmət orqanları terror aktının arxasında ABŞ, Britaniya və Ukraynanın dayandığını düşünür.
* Rusiya və Tacikistanda qadağan olunmuş terrorçu təşkilat