DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsveçdə sursatların sınaqdan keçirilməsi üçün növbə yaranıb

© AFP 2023 / KARIM SAHIBSilajlı
Silajlı - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Abunə olmaq
Avropada yeni döyüş sursatlarının sınaqdan keçirilməsi üçün növbələr uzundur. Döyüş sursatı tələbatı isə yüksəkdir.
BAKI, 2 aprel — Sputnik. İsveşdə sursat sınaqları üçün növbələrə görə yeni döyüş sursatlarının istehsalı ləngiyir. Bu problem bütün Avropada aktualdır.
"Sveriges Radio" bu barədə xəbər verib.
"Avropada yeni döyüş sursatlarının sınaqdan keçirilməsi üçün növbələr uzundur. Döyüş sursatı tələbatı isə yüksəkdir" – xəbərdə deyilib.
Qeyd edildiyi kimi, Avropada sursat sınaqlarının sayı məhduddur və nəticədə dərhal sınaqdan keçirilə bilməyən hazır sursat partiyalarının olduğu vəziyyət yaranıb.
İsveç silah şirkəti olan "Bofors"un sınaq mərkəzinin rəhbəri Stefan Krol radiodakı çıxışında deyib ki, sınaq gün işığı tələb edir və buna görə də "bütün göndərişləri sınaqdan keçirməli olan sınaq mərkəzləri beş növbədə işləyə bilməz". O, həmçinin bildirib ki, "Bofors"un hazırda bir illik gözləmə siyahısı var.
O da qeyd olunub ki, İsveç Təhlükəsizlik və Müdafiə Müəssisələri Assosiasiyasının baş katibi Robert Limmerqord İsveçin böhranlı vəziyyətdə olduğunu etiraf edib və bu, onu "Ukrayna və digər tərəfdaş ölkələrə enerji təchizatı imkanlarını artırmaq üçün zəruri olan həll yolları axtarmağa məcbur edir". Problemin həlli təklifi kimi o, daha bir poliqonun açılmasını təklif edib.
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və "atəşlə oynamağa bərabərdir". Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrin ərasində kadrların hazırlanması ilə münaqişədə bilavasitə iştirak edirlər. Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.
Xəbər lenti
0