https://sputnik.az/20240402/novbeti-efv-serencamina-kimler-duse-bilerkomissiya-uzvu-aciqladi-463639716.html
Növbəti əfv sərəncamına kimlər düşə bilər?Komissiya üzvü açıqladı
Növbəti əfv sərəncamına kimlər düşə bilər?Komissiya üzvü açıqladı
Sputnik Azərbaycan
Əliməmməd Nuriyev bildirib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar edilmiş cinayətləri törədənlər əfv olunmur. 02.04.2024, Sputnik Azərbaycan
2024-04-02T10:01+0400
2024-04-02T10:01+0400
2024-04-02T10:01+0400
əfv
cəmiyyət
prezident ilham əliyev
sərəncam
əliməmməd nuriyev
korrupsiyaya qarşı mübarizə üzrə qht-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin koordinatoru əliməmməd nuriyev
məhkum
məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929052_0:160:3072:1888_1920x0_80_0_0_f277eae4a510b48c6853f23d0acba149.jpg
BAKI, 2 aprel — Sputnik. "Əfv Məsələləri Komissiyası bütün məhkumların müraciətlərinə baxdıqdan sonra rəy alaraq prezidentə təqdim edəcək. Əfvetmə zamanı Əfv Komissiyası haqqında əsasnaməyə uyğun olaraq kriteriyalar nəzərə alınaraq şəxslər barəsində Komissiya üzvüləri öz rəylərini verəcəklər". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. O, deyib ki, aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclasının keçirilməsi nəzərdə tutulur. Mayda Əfv sərəncamının imzalanacağı gözlənilir. Amma Nuriyev, bununla bağlı müstəsna hüququn ölkə prezidentində olduğunu söyləyib: "Əfv siyahısında kimlərin olacağı, qərarın nə zaman veriləcəyi də prezident tərəfindən müəyyən edilir. Çünki, əfv hüququ birbaşa ölkə başçısının müstəsna səlahiyyətlərinə aiddir. Ona görə də, son qərarı prezident verəcək". Kimlərin əfv sərəncamına düşmə şansına gəlincə, Komissiya üzvü deyib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar edilmiş cinayətləri törədənlər əfv olunmur: "Çünki, dövlət narkotik maddələrin qanunusuz dövriyyəsinə qarşı ciddi mübarizə aparır. Bu cəza siyasətinə də xələl vura bilər". Nuriyevin sözlərinə görə, mayda imzalanması gözlənilən əfv sərəncamı sayca 69-cu əfv sərəncamı olacaq. Komissiya üzvü indiyədək əfv sərəncamlarının 10 minə yaxın məhkuma şamil edildiyini söyləyib. Bildirib ki, əfv sərəncamları nəticəsində 5 minə qədər şəxs cəzadan azad edilib və ya cəza müddəti azaldılıb. Qeyd edək ki, dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalayacağı gözlənilir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci ilin mayın 27-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5885 nəfərə şamil olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929052_171:0:2902:2048_1920x0_80_0_0_b05ab3b55a31ecbbddfcd45f7fbd763e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
əfv, prezident ilham əliyev, sərəncam, əliməmməd nuriyev, korrupsiyaya qarşı mübarizə üzrə qht-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin koordinatoru əliməmməd nuriyev, məhkum, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
əfv, prezident ilham əliyev, sərəncam, əliməmməd nuriyev, korrupsiyaya qarşı mübarizə üzrə qht-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin koordinatoru əliməmməd nuriyev, məhkum, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Növbəti əfv sərəncamına kimlər düşə bilər?Komissiya üzvü açıqladı
Əliməmməd Nuriyev bildirib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar edilmiş cinayətləri törədənlər əfv olunmur.
BAKI, 2 aprel — Sputnik. "Əfv Məsələləri Komissiyası bütün məhkumların müraciətlərinə baxdıqdan sonra rəy alaraq prezidentə təqdim edəcək. Əfvetmə zamanı Əfv Komissiyası haqqında əsasnaməyə uyğun olaraq kriteriyalar nəzərə alınaraq şəxslər barəsində Komissiya üzvüləri öz rəylərini verəcəklər".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
O, deyib ki, aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclasının keçirilməsi nəzərdə tutulur. Mayda Əfv sərəncamının imzalanacağı gözlənilir.
Amma Nuriyev, bununla bağlı müstəsna hüququn ölkə prezidentində olduğunu söyləyib:
"Əfv siyahısında kimlərin olacağı, qərarın nə zaman veriləcəyi də prezident tərəfindən müəyyən edilir. Çünki, əfv hüququ birbaşa ölkə başçısının müstəsna səlahiyyətlərinə aiddir. Ona görə də, son qərarı prezident verəcək".
Kimlərin əfv sərəncamına düşmə şansına gəlincə, Komissiya üzvü deyib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar edilmiş cinayətləri törədənlər əfv olunmur: "Çünki, dövlət narkotik maddələrin qanunusuz dövriyyəsinə qarşı ciddi mübarizə aparır. Bu cəza siyasətinə də xələl vura bilər".
Nuriyevin sözlərinə görə, mayda imzalanması gözlənilən əfv sərəncamı sayca 69-cu əfv sərəncamı olacaq.
Komissiya üzvü indiyədək əfv sərəncamlarının 10 minə yaxın məhkuma şamil edildiyini söyləyib. Bildirib ki, əfv sərəncamları nəticəsində 5 minə qədər şəxs cəzadan azad edilib və ya cəza müddəti azaldılıb.
Qeyd edək ki, dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalayacağı gözlənilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci ilin mayın 27-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5885 nəfərə şamil olunub.