https://sputnik.az/20240402/nariskin-ftx-crocusda-terror-aktinin-hazirlanmasi-ile-bagli-melumat-alib-ancaq-463665779.html
Narışkin: FTX "Crocus"da terror aktının hazırlanması ilə bağlı məlumat alıb, ancaq...
Narışkin: FTX "Crocus"da terror aktının hazırlanması ilə bağlı məlumat alıb, ancaq...
Sputnik Azərbaycan
Kəşfiyyat xidmətləri, Federal Təhlükəsizlik Xidməti AABŞ-ın kəşfiyyat xidmətlərindən bunun mümkün olması barədə müəyyən məlumat almışdı 02.04.2024, Sputnik Azərbaycan
2024-04-02T22:12+0400
2024-04-02T22:12+0400
2024-04-02T22:12+0400
sergey narışkin
"crocus city"də terror aktı
sergey narışkin
crocus city
crocus city hall
terror aktı
rusiya xarici kəşfiyyat xidməti
xarici kəşfiyyat xidməti
https://cdnn1.img.sputnik.az/img/07e8/04/02/463665607_0:0:3118:1754_1920x0_80_0_0_0b35c9f9ea7faa0feb4a80767dcde300.jpg
BAKI, 2 aprel — Sputnik. Rusiya FTX-si ABŞ-dan "Crocus City Hall"da mümkün terror aktı ilə bağlı müəyyən, lakin çox ümumi məlumat alıb. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin çərşənbə axşamı jurnalistlərə bildirib. "Həqiqətən də, kəşfiyyat xidmətləri, Federal Təhlükəsizlik Xidməti AABŞ-ın kəşfiyyat xidmətlərindən bunun mümkün olması barədə müəyyən məlumat almışdı. Lakin bizim həmkarlarımızın dediyi kimi, məlumat çox ümumi idi və bizə bu dəhşətli cinayətdə iştirak edənləri tam müəyyən etməyə imkan vermirdi", – Narışkin Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Belarus DTK-nın kollegiyalarının iclasından sonra bildirib. O, "CroCus City Hall"da baş verən terror aktı ilə bağlı ABŞ və İranın Rusiya tərəfinə xəbərdarlıq etdiyi barədə xəbərlərin nə dərəcədə etibarlı olduğu sualına belə cavab verib. Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da konsertdən əvvəl atışma və yanğın baş verib. Hadisənin şahidi olan RİA Novosti müxbirinin verdiyi məlumata görə, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxularaq, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub. Martın iyirmi dördü Rusiyada ümummilli matəm günü elan edilib. Martın 23-də Bryansk vilayətində terror aktını törədən 4 nəfər saxlanılıb. Rusiya prezidenti Vladimir Putin terrorçuların qaçmağa çalışdıqlarını və Ukrayna tərəfində sərhədi keçmələri üçün "pəncərə"nin hazırlandığı Ukraynaya doğru irəlilədiklərini söyləyib. Moskva məhkəməsi onları həbs edib, onlar Dalerjon Mirzoev, Murodali Racabalizoda, Faridun Şamsiddin və Muhammadsobir Fayzovdur. Rusiya Prezidenti qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir. Onun sözlərinə görə, terror aktını radikal islamçılar həyata keçirib. FTX-nin direktoru Aleksandr Bortnikov qeyd edib ki, bu terror aktını islamçılar tək hazırlaya bilməz, onlara kömək edilib. O qeyd edib ki, saxlanılanların ilkin məlumatları Ukraynanın izini təsdiqləyir və Rusiya xüsusi xidmət orqanları terror aktının arxasında ABŞ, Britaniya və Ukraynanın dayandığını düşünür. * Rusiyada qadağan olunmuş terrorçu təşkilat
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/02/463665607_275:0:3006:2048_1920x0_80_0_0_58635976fd28e4485e65951ac2125e97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey narışkin, sergey narışkin, crocus city, crocus city hall , terror aktı, rusiya xarici kəşfiyyat xidməti, xarici kəşfiyyat xidməti
sergey narışkin, sergey narışkin, crocus city, crocus city hall , terror aktı, rusiya xarici kəşfiyyat xidməti, xarici kəşfiyyat xidməti
Narışkin: FTX "Crocus"da terror aktının hazırlanması ilə bağlı məlumat alıb, ancaq...
Kəşfiyyat xidmətləri, Federal Təhlükəsizlik Xidməti AABŞ-ın kəşfiyyat xidmətlərindən bunun mümkün olması barədə müəyyən məlumat almışdı
BAKI, 2 aprel — Sputnik. Rusiya FTX-si ABŞ-dan "Crocus City Hall"da mümkün terror aktı ilə bağlı müəyyən, lakin çox ümumi məlumat alıb.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin çərşənbə axşamı jurnalistlərə bildirib.
"Həqiqətən də, kəşfiyyat xidmətləri, Federal Təhlükəsizlik Xidməti AABŞ-ın kəşfiyyat xidmətlərindən bunun mümkün olması barədə müəyyən məlumat almışdı. Lakin bizim həmkarlarımızın dediyi kimi, məlumat çox ümumi idi və bizə bu dəhşətli cinayətdə iştirak edənləri tam müəyyən etməyə imkan vermirdi", – Narışkin Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Belarus DTK-nın kollegiyalarının iclasından sonra bildirib.
O, "CroCus City Hall"da baş verən terror aktı ilə bağlı ABŞ və İranın Rusiya tərəfinə xəbərdarlıq etdiyi barədə xəbərlərin nə dərəcədə etibarlı olduğu sualına belə cavab verib.
Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da konsertdən əvvəl atışma və yanğın baş verib. Hadisənin şahidi olan RİA Novosti müxbirinin verdiyi məlumata görə, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxularaq, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar.
Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub. Martın iyirmi dördü Rusiyada ümummilli matəm günü elan edilib.
Martın 23-də Bryansk vilayətində terror aktını törədən 4 nəfər saxlanılıb. Rusiya prezidenti Vladimir Putin terrorçuların qaçmağa çalışdıqlarını və Ukrayna tərəfində sərhədi keçmələri üçün "pəncərə"nin hazırlandığı Ukraynaya doğru irəlilədiklərini söyləyib. Moskva məhkəməsi onları həbs edib, onlar Dalerjon Mirzoev, Murodali Racabalizoda, Faridun Şamsiddin və Muhammadsobir Fayzovdur.
Rusiya Prezidenti qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir. Onun sözlərinə görə, terror aktını radikal islamçılar həyata keçirib. FTX-nin direktoru Aleksandr Bortnikov qeyd edib ki, bu terror aktını islamçılar tək hazırlaya bilməz, onlara kömək edilib. O qeyd edib ki, saxlanılanların ilkin məlumatları Ukraynanın izini təsdiqləyir və Rusiya xüsusi xidmət orqanları terror aktının arxasında ABŞ, Britaniya və Ukraynanın dayandığını düşünür.
* Rusiyada qadağan olunmuş terrorçu təşkilat