Moskvada Leyla Əliyevanın adından iftar süfrəsi açılıb - fotolent
Moskvada Leyla Əliyevanın adından iftar süfrəsi açılıb - fotolent
Sputnik Azərbaycan
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil olunub və iftar verilib. 02.04.2024, Sputnik Azərbaycan
2024-04-02T12:50+0400
2024-04-02T12:50+0400
2024-04-02T12:52+0400
foto
fotolent
iftar
iftar yeməyi
h.əliyev fondunun vitse-prezidenti leyla əliyeva
fondun vitse-prezidenti leyla əliyeva
heydər əliyev fondunun vitse-prezidenti leyla əliyeva
Moskva şəhəri müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə “Poklonnaya qorada”kı məsciddə hər il açılan “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü keçirilib. Bu il gecə “Ailə ilinə” həsr olunub.Tədbirdə ictimai xadimlər və Azərbaycan diasporunun nümayəndələri də daxil olmaqla 1500-dən çox insan iştirak edib.Dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Moskva şəhərinin müftisi, Moskva cümə məscidinin baş imamı İldar Alyautdinovun adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür məktubu təqdim olunub. Moskvada müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov hər kəsi müqəddəs ay münasibətilə təbrik edib və tədbirə ev sahibliyi etdiyi üçün Heydər Əliyev Fonduna təşəkkür edib.Tədbirdə Azərbaycanın tarixindən və adət-ənənələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib, “ButaTrio” triosu muğam ifa edib, müsəlman məktəbinin şagirdləri Məhəmməd peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər.
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil olunub və iftar verilib.
Moskva şəhəri müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə “Poklonnaya qorada”kı məsciddə hər il açılan “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü keçirilib. Bu il gecə “Ailə ilinə” həsr olunub.
Tədbirdə ictimai xadimlər və Azərbaycan diasporunun nümayəndələri də daxil olmaqla 1500-dən çox insan iştirak edib.
Dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Moskva şəhərinin müftisi, Moskva cümə məscidinin baş imamı İldar Alyautdinovun adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür məktubu təqdim olunub. Moskvada müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov hər kəsi müqəddəs ay münasibətilə təbrik edib və tədbirə ev sahibliyi etdiyi üçün Heydər Əliyev Fonduna təşəkkür edib.
Tədbirdə Azərbaycanın tarixindən və adət-ənənələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib, “ButaTrio” triosu muğam ifa edib, müsəlman məktəbinin şagirdləri Məhəmməd peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər.