DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan parlamenti sərhədin delimitasiya və demarkasiyasını təcili müzakirə edəcək

© SputnikErmənistan parlamenti
Ermənistan parlamenti - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Abunə olmaq
Parlamentdəki müxalif "Ermənistan" və "Şərəf duyuram" fraksiyaları Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili iclasını çağırıblar.
BAKI, 2 aprel — Sputnik. Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək.
Bu barədə "Hraparak" məlumat yayıb.
Bildirilib ki, parlamentdəki müxalif "Ermənistan" və "Şərəf duyuram" fraksiyaları Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili iclasını çağırıblar.
Vurğulanıb ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti təcili iclası keçirilə bilər.
Məlumata görə, parlamentin dördgünlük iclası aprelin 9-da başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcək.
Xəbər lenti
0