Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan və Ermənistan arasında müharibə başlayır?

© AR Ministry of DefenceHissə və birləşmələrin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yoxlanılması davam edir
Hissə və birləşmələrin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yoxlanılması davam edir - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Abunə olmaq
Azərbaycan MN-in açıqlamasında qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq.
BAKI, 2 aprel — Sputnik. Son bir neçə gündə Azərbaycan-Ermənistan şərti sərhədində gərginliyin artması müşahidə edilir. Əvvəlcə sosial mediada Ermənistan ordusunun Azərbaycanla sərhədə doğru hərəkətlənməsi ilə bağlı görünütülər yayıldı. Ermənistan Müdafiə Nazirliyi qoşunların Arazdəyən istiqamətindən Kərki kəndinə doğru hərəkətini əks etdirən görüntülər barədə açıqlama yayıb.
Bildirilib ki, martın 30-da təlim prosesi çərçivəsində avtoyürüş keçirən işə götürülən sürücülərin fotoşəkilləri bir sıra teleqram kanallarında yayılaraq, bunu qoşunların hərəkəti kimi təqdim etməyə çalışırlar.
Azərbaycan Müdafiə Nazirliyi isə bu informasiyalara xəbərdarlıqla cavab verdi. Azərbaycan MN-in açıqlamsında qeyd olundu ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq.
Görünən odur ki, regionda hərbi toqquşma riski realdır.
Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli və millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Arzu Nağıyev hesab edir ki, Azərbaycan MN-in bəyanatı və Paşinyanın son açıqlamaları həqiqətən də gərginliyin olmasından xəbər verir:
"ABŞ, Fransa və Qərbdən olan digər havadarlar ciddi cəhdlə çalışırlar ki, sülh müqaviləsindən öncə şərti sərhədlərdəki yüksəklikləri ələ keçirsinlər və bundan sonra delimitasiya və demarkasiya işlərini həyata keçirsinlər. Bu onların köhnə arzusudur. Qoşunların güzgüvari şəkildə çəkilməsi məsələsi də onların istəklərindən biri idi".
© Sputnik / Murad OrujovArzu Nağıyev
Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 01.04.2024
Arzu Nağıyev
Arzu Nağıyev qeyd edir ki, Azərbaycan bölgəyə kənar qüvvələrin cəlb olunması planlarından xəbərdardır və bilir ki, proses Ermənistanın vasitəsilə reallaşdırılmağa çalışılır.
Millət vəkilinin sözlərinə görə, artıq rəsmi sənədlərdə Ermənistan sərhədlərini qoruyacaq digər qüvvələrdən bəhs edilməyə başlanılıb:
"Məhz bu digər qüvvələr deyə qeyd olunanların kimlər olduğu artıq bizə bəllidir. Onlar bölgəmizdə mülki missiya adı altında gəlmiş vizual müşahidə aparan kəşfiyyatçılardır. Bu silahlı şəxslərin növbəti mərhələdə Ermənistan sərhədlərinin mühafizəsinə cəlb ediləcəyi isə Qərb birliyinin planları daxilindədir. Məlumdur ki, onlar bölgədə terror təşkilatlarını qanuniləşdirmək üçün də addımlar atacaqlar. Bu bir tərəfdən Rusiyaya qarşı atılan addımlardır. Çünki Ermənistanın bir neçə dövlətlə sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd birlikləri mühafizə edir. Sual olunan odur ki, niyə min kilometrlərlə uzaqdan hansı ölkə gəlib təhlükəsizliyi təmin etmək adı altında bölgədə mövcudluğunu təmin etməlidir".
"Ermənistan qoşunlarının dislokasiya yerlərini dəyişməsi prosesi anklavlar məsələsinin gündəmi zəbt etməsindən sonra başladı. Mən böyük müharibə başlayacağını ehtimal etmirəm, ancaq lokal şəkil toqquşmalar ola bilər. Azərbaycan Hərbi qüvvələri bütün təxribatların qarşısını almaq qüdrətindədir. Lakin regionda sülhün bərqərar olmasını istəməyən qüvvələr var ki, onlar tək Qərbdə deyil, həm də regionumuzda yerləşir. Onlar anlamalıdır ki, hansısa hərbi əməliyyatlar başlasa bu onlardan yan keçməyəcək. Buna görə də regional gərginliyi azlatmaq üçün mütləq şəkildə beynəlxalq reaksiya verilməlidir, əks halda toqquşmalar labüddür. Mümkün hərbi toqquşmalar böyük müharibəyə çevrilməyəcək. Əgər bu baş verərsə bütün region ölkələrinə özünün ən ciddi təsirini göstərəcək" – millət vəkili vurğulayıb.
Hərbi ekspert Ramil Məmmədli isə bildirir ki, gərginliyi yaradan əsas amillərdən biri Ermənistanın qeyri-adekvat mövqe nümayiş etdirməsidir: "Müharibədən sonra məğlub tərəf olan Ermənistan sülh müqaviləsini izmalamaqdan imtina edir, şərtlər qoyur. Təbii ki, müharibənin olma ehtimalı yoxdur, ancaq sərhədin müəyyən istiqamətlərində toqquşmaların olması gözləniləndir".
Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycan şərti sərhəd bölgəsinin təxminən 400 km məsafəsi boyunca, daha dəqiq desək, Göyçə gölündən Araz çayına qədər olan məsafədə mühəndis istehkam işləri həyata keçirir: "Həmin ərazilərdə müdafiə istehkamları qurur. Bəzi mənbələr deyir ki, bu hücuma meylli istehkamlardır. Ermənistanın son günlər bölgəyə yeni silah və texnikaların cəmləməsə barədə informasiyalar var. Bütün bunlar Ermənistanın həmin sərhəd bölgəsində güclənməsindən xəbər verir. Buna səbəb isə münaqişənin həlli ilə bağlı sülh müqaviləsinin imzalanmaması, məğlub Ermənistanı vəziyyətdən çıxartmaq üçün dəstəkləyən Qərbin riyakar münasibət və mövqeyidir. Onlar problemlərin həlli üçün dəstək nümayiş etdirmirlər. Qərb bugünkü vəziyyəti stimullaşdırır. Əgər müharibədən sonra Ermənistan Qərbdən bu qədər dəstək almasaydı, problemin həlli üçün təzyiq göstərilsəydi bu müzakirələr aparılmazdı. İşğalçı bir ölkəni yenidən işğalçı olmaq üçün silahlandırıb ona dəstək verirlər".
Xəbər lenti
0