https://sputnik.az/20240402/avropa-ttifaqi-geleceyin-bazarlarinda-cinle-reqabeti-uduzur-463631836.html
Avropa İttifaqı gələcəyin bazarlarında Çinlə rəqabəti uduzur
Avropa İttifaqı gələcəyin bazarlarında Çinlə rəqabəti uduzur
Sputnik Azərbaycan
Veber ölkə iqtisadiyyatının inkişafı ilə bağlı son iqtisadi məlumatları Almaniya üçün həyəcan siqnalı adlandırıb. 02.04.2024, Sputnik Azərbaycan
2024-04-02T08:02+0400
2024-04-02T08:02+0400
2024-04-02T08:02+0400
avropa parlamenti
dünya xəbərləri
avropa ittifaqı
çin
amerika
https://cdnn1.img.sputnik.az/img/42398/97/423989704_0:0:3072:1728_1920x0_80_0_0_1bea47c63d2a9d80f96735f331eed4d0.jpg
BAKI, 2 aprel — Sputnik. Avropa İttifaqı gələcəyin bazarlarında rəqabətin öhdəsindən gəlməkdə çətinlik çəkir. Belə ki, o, öz iqtisadiyyatını Çindən qorumalı olacaq. Bunu Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber bildirib. "Çinlə əməkdaşlıq vacibdir və biz heç nəyi məhv etməməliyik. Lakin Avropa, nəhayət, sadəlövhlükdən uzaqlaşmalıdır, biz Avropa iqtisadiyyatını qorumalıyıq" – Veber deyib. Onun sözlərinə görə, ÇXR mütəmadi olaraq "fotoelektrik panellərdə olduğu kimi" dempinq metodlarından istifadə etməklə, gələcəyin yeni texnologiyaları bazarlarını fəth etməyə çalışır. "Biz buna icazə verə bilmərik. Çinlə azad ticarət ədalətli olmalıdır" - fraksiya rəhbəri vurğulayıb. Veber ölkə iqtisadiyyatının inkişafı ilə bağlı son iqtisadi məlumatları Almaniya üçün həyəcan siqnalı adlandırıb. "Biz avropalılar, əsasən, gələcəyin bazarlarında, məhz indiyə qədər bizim rifahımızı təmin edən bazarlarda rəqabətdə uduzuruq" – Veber izah edib. Bundan əvvəl Amerikanın "Wall Street Journal" qəzeti yazıb ki, Çin öz iqtisadiyyatını yaxşılaşdırmaq üçün istehsalı fəal şəkildə artırır və Çin mallarının ikinci dalğası tezliklə dünya bazarını ələ keçirəcək. Nəşr qeyd edib ki, 1990-cı illərdə oxşar strategiya inflyasiyaya səbəb olub və Qərbdə fabriklərin bağlanmasına gətirib çıxarıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42398/97/423989704_341:0:3072:2048_1920x0_80_0_0_5ea624c2dfe61f910df5e1462e6384a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
avropa parlamenti, avropa ittifaqı, çin, amerika
avropa parlamenti, avropa ittifaqı, çin, amerika
Avropa İttifaqı gələcəyin bazarlarında Çinlə rəqabəti uduzur
Veber ölkə iqtisadiyyatının inkişafı ilə bağlı son iqtisadi məlumatları Almaniya üçün həyəcan siqnalı adlandırıb.
BAKI, 2 aprel — Sputnik. Avropa İttifaqı gələcəyin bazarlarında rəqabətin öhdəsindən gəlməkdə çətinlik çəkir. Belə ki, o, öz iqtisadiyyatını Çindən qorumalı olacaq.
Bunu Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber bildirib.
"Çinlə əməkdaşlıq vacibdir və biz heç nəyi məhv etməməliyik. Lakin Avropa, nəhayət, sadəlövhlükdən uzaqlaşmalıdır, biz Avropa iqtisadiyyatını qorumalıyıq" – Veber deyib.
Onun sözlərinə görə, ÇXR mütəmadi olaraq "fotoelektrik panellərdə olduğu kimi" dempinq metodlarından istifadə etməklə, gələcəyin yeni texnologiyaları bazarlarını fəth etməyə çalışır.
"Biz buna icazə verə bilmərik. Çinlə azad ticarət ədalətli olmalıdır" - fraksiya rəhbəri vurğulayıb.
Veber ölkə iqtisadiyyatının inkişafı ilə bağlı son iqtisadi məlumatları Almaniya üçün həyəcan siqnalı adlandırıb.
"Biz avropalılar, əsasən, gələcəyin bazarlarında, məhz indiyə qədər bizim rifahımızı təmin edən bazarlarda rəqabətdə uduzuruq" – Veber izah edib.
Bundan əvvəl Amerikanın "Wall Street Journal" qəzeti yazıb ki, Çin öz iqtisadiyyatını yaxşılaşdırmaq üçün istehsalı fəal şəkildə artırır və Çin mallarının ikinci dalğası tezliklə dünya bazarını ələ keçirəcək. Nəşr qeyd edib ki, 1990-cı illərdə oxşar strategiya inflyasiyaya səbəb olub və Qərbdə fabriklərin bağlanmasına gətirib çıxarıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.